Baş nazir qərar imzaladı: Bu günlər iş olmayacaq
“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov


01.12.2025  14:49 

Şuşa 5 il sonra: Stokholmda simpozim keçirilib - Foto





A+  A-

İsveçin paytaxtı Stokholm şəhərində Şuşanın işğaldan azad edilməsinin 5-ci ildönümünə həsr olunmuş “Şuşa - Zəfərin triumfu, birliyin gücü” adlı beynəlxalq elmi simpozium keçirilib.

XəzərNews.az xəbər verir ki, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu (İsveç), İsveç Azərbaycanlıları Konqresi, Türkiyənin Kafkas Universiteti və TÜRKSAN-nın təşkilatçılığı, eləcə də beynəlxalq tərəfdaşların iştirakı ilə baş tutan simpozium Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azad edilməsinin 5 illiyinə həsr olunub.

Tədbirdə müxtəlif ölkələrdən tanınmış alimləri, tədqiqatçıları, ictimai xadimləri və diaspor nümayəndələri iştirak edib. Müzakirələrdə Şuşanın tarixi, hüquqi, siyasi, mədəni və geosiyasi əhəmiyyəti geniş şəkildə təhlil olunub.

Çıxışlarda vurğulanıb ki, 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Azərbaycan xalqının milli qürurunun, ləyaqətinin və birliyinin təntənəsi kimi tarixə düşüb. Qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və strateji qərarları əsas amillərdən biri kimi qeyd edilib.

Simpozium çərçivəsində beynəlxalq hüquq və ədalət, regional siyasət, tarixi yaddaş və milli irs, sülh və kimlik fəlsəfəsi, hüquqi islahatlar və idarəetmə kimi mövzular üzrə elmi panellər təşkil olunub. Tədqiqatçılar Cənubi Qafqazın geosiyasi dəyişiklikləri, Şuşanın regional təsiri, mədəni irsin qorunması, konstitusiya hüququ və kimlik formalaşması ilə bağlı məruzələrlə çıxış ediblər.

Tədbir, həmçinin, beynəlxalq akademik dialoqun sülhün təşviqinə, regional əməkdaşlığın güclənməsinə və mədəni qarşılıqlı anlaşmanın inkişafına töhfə verdiyini bir daha nümayiş etdirib.

Simpoziumun sonunda iştirakçılara və məruzəçilərə sertifikat və diplomlar təqdim olunub.







Xəbər 1983 dəfə oxunub.




02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +