Baş nazir qərar imzaladı: Bu günlər iş olmayacaq
“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov


30.11.2025  19:29 

Diaspor adı altında parçalanma... - AÇIQLAMA





A+  A-

Samara şəhərində fəaliyyət göstərən “Laso” təşkilatının nəşr etdiyi “Ocaq” qəzeti ətrafında yaranmış narazılıqlarla bağlı Samara Azərbaycanlıları Assambleyasının sədri Elmar Rəsulov açıqlama yayıb.

XəzərNews.az xəbər verir ki, E.Rəsulov açıqlamasını sosial şəbəkə hesabında yayıb.

Açıqlamada bildirilir ki, qəzetdə son dövrlər bir sıra azərbaycanlılar haqqında yayımlanan materiallar cəmiyyətdə ciddi narahatlıq yaradıb. E.Rəsulov qeyd edib ki, “Ocaq” qəzetinin müəlliflərindən olan Xeyrulla adlı şəxsin yazılarında təhqiramiz və obyektivlikdən uzaq fikirlər yer alıb.

Rəsulovun sözlərinə görə, bu materialların hazırlanmasında Şirvan Kərimovun da birbaşa iştirak etdiyi iddia olunur. Assambleya sədrinin fikrincə, yayılan məqalələr Samara azərbaycanlıları arasında birliyin pozulmasına, diasporun ictimai nüfuzuna zərər vurur.

Açıqlamada həmçinin Xeyrulla adlı müəllifin fəaliyyətini müdafiə edən şəxslərin - Rəhman Əliyev, Kənan İsayev, Camal Əkbərov, Namiq Məmmədov, Rövşən Quliyev və Nurməhəmməd Əsgərovun adları qeyd olunub. Elmar Rəsulov bildirib ki, mövzu ilə bağlı həmin şəxslərlə dəfələrlə müzakirələr aparılıb.

“Samara Azərbaycanlıları Assambleyasının əsas məqsədi birliyi qorumaq və cəmiyyətimizin maraqlarını müdafiə etməkdir. Diaspora adı altında aparılan fəaliyyətlərin parçalanmaya deyil, həmrəyliyə xidmət etməsi vacibdir”, - deyə E.Rəsulov vurğulayıb.

Assambleya rəhbərliyi Samara azərbaycanlılarını məsuliyyətli mövqeyə, sağlam ictimai mühitin qorunmasına və qarşıdurmalardan uzaq durmağa çağırıb:

“Şəkillərdə görünən və “Ocaq” qəzeti üçün yazılar hazırlayan Xeyrulla adlı şəxs uzun müddətdir həmyerlilərimiz barədə təhqiredici, böhtan xarakterli materiallar dərc edir. Bu yazılar həm ictimai mühitə ziyan vurur, həm də diasporamızın nüfuzunu gözdən salır. Sosial şəbəkələrdə paylaşılan, faşizm simvollarını xatırladan görüntülər isə bu şəxsin davranış və düşüncə tərzinin ciddiliyini daha açıq göstərir. Öz xalqının nümayəndələrini bu şəkildə alçaltmaq heç bir halda qəbul edilə bilməz”.


Foto: Xeyrulla

Xəbər 1963 dəfə oxunub.




02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +