Baş nazir qərar imzaladı: Bu günlər iş olmayacaq
“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov


26.11.2025  14:08 

Azərbaycanın tələbi ilə dəyişiklik etməyəcəyəm - Tatoyan





A+  A-

“Birlik qanadları” hərəkatının lideri Arman Tatoyan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır, ancaq Əliyevdən sonra.

XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, noyabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

“Amma gəlin bu müqavilənin bizə nə verdiyini anlayaq”, - deyə Tatoyan təklif edib.

O xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti ilə görüşdən dərhal sonra “Ermənistan Konstitusiyaya düzəlişlər etməlidir”, - deyə bəyan edib: “Baxmayaraq ki, müqavilədə göstərilir ki, tərəflər bir-birinin işinə qarışmayacaq. Mən Azərbaycanın tələbi ilə Konstitusiyaya dəyişiklik etməyəcəyəm", - Tatoyan qeyd edib.

Tatoyanın sözlərinə görə, “Trampın yolu” layihəsi sənədin özündən daha çox sülh sazişidir: "Biz ABŞ kimi güclü dövlətin iştirakından öz xeyrimizə istifadə etməliyik. Bakının tələblərinə cavab olaraq Paşinyan ABŞ-ın vasitəçiliyini tamamilə sıradan çıxarır. Amerikalı həmkarlarımız bilməlidirlər ki, Paşinyan onların vasitəçilik səylərini puça çıxarır".

Xəbər 1301 dəfə oxunub.




02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +