Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


15.05.2022  15:13 

Bəxtiyar Hacıyev dünənki aksiyadan yazdı





A+  A-

8 may axşam saatlarında D18 hərəkatının sədri Əhməd Məmmədli zəng edir ki, vaxtınız varsa, görüşək. Mən ona nə isə olduğunu düşünüb deyirəm ki, haradasınızsa, ora gəlim indi, danışaq.

Nərimanovda parkda görüşürük, Əziz Məmiyev də yanında. "Biz sizə qarşı törədilmiş cinayətə və əvvəlki cinayətlərə görə aksiya düşünürük, sizin də razılığınız olarsa" deyirlər. Mən də buna etiraz etmədiyimi deyib gedirəm.

Həmin gecə jurnalist Aytən Məmmədovanın boğazına bıçaq dirənir, sosial şəbəkələrdə hamı hadisəni qınayır, onsuz da gərgin olan əsəblər tarıma çəkilir.

Sonrakı gün İlkin Rüstəmzadə emosional halda gəlir, oturub danışırıq, deyir belə olmaz, birlikdə addım atmalıyıq. Təsadüfən həmin vaxt Ülvi Həsənli və Mehman Hüseynovla da görüşürük. Sonra bir neçə başqa dost-tanışa zəng edirik, fərqli-fərqli qruplardan adamlara zəng edirik, hamı eyni əhvalda, hamı eyni şəkildə bildirir ki, bu kriminal siyasətə, mafiya davranışlarına etiraz etməliyik. 1-2 saata üzdə olan fəallar hamısı toplaşır, saatlara müzakirə, mübahisə edirik və yürüşün şüarları, marşrutu, tarixi təyin edilir.

Hər bir təşkilat komitəsi üzvü özünün bildiyi və bacardığı yollarla yürüşə hazırlığı təşkil edir.

14 may günü bəzilərini yoldan götürürlər, bəzilərini evinin yaxınlığından, bəzilərini meydanın yaxınlığından. Biz Fuad Əhmədli və Əziz Məmiyevin götürüldüyü binada olduğumuza görə girişdə bizi gözlədiklərini bilib, pilləkənlərlə qaraja düşüb, arxa tərəfdə tikinti gedən kiçik boşluqdan qaçaraq küçədə ilk gördüyümüz taksi ilə aksiya yerinə çatırıq, tutmasınlar deyə Zaur Əkbər, Rüfət Səfərovla qol-qola yapışıb, qaçaraq iştirakçıların arasına giririk. Orada Zaur Əkbərin ayaqlarının arasından təpiklənir, xəsarət alır. Başqa iştirakçılara təpik, yumruq vururlar, başqa zorakılıqlar edirlər.

Aksiya son illər qarşısına qoyulan bütün məqsədlərə çatır, heç bir dəyişiklik olmadan bir saatdan artıq mərkəzdə icazəsiz, dinc şəkildə başa vururuq.

Aksiyadan sonra isə konspirasiya həvəskarlarının versiyaları səslənir:

- Rusiya Azərbaycan hakimiyyətinə qarşı təşkil edib.
- Qərb Rusiyaya qarşı təşkil edib.
- Paşayevlər Eyvazovu vururlar.
- Heydərovlar Əliyevləri vururlar.
- Avropa qrant ayırıb mitinqə.
- Hökumət bunlara şərait yaradıb aksiya keçirməyə.
- İran Turana, Turan Çinə, Çin Mozambikə qarşı edib.
- Yaponiya ölkədə yeni müxalifət yaradır, Bəxtiyarı PR edir.
- Hüquq-mühafizə qanadı dialoq qanadını vurur.
- Honduras Azərbaycanda inqilaba start verir və s. və ilaxır cəfəng fikirlər.

Yaxşı ki, aksiya təşkilatçıları çoxdur, hər şey onların və iştirakçıların, bizə dəstək verən partiyalar, hərəkatlar, jurnalistlər və kanalların fədakarlığı nəticəsində baş verib. Bu aksiyanın bir təşkilatçısı yoxdur, 20-dən çox TK üzvü var, onlarla digər insan isə dəstək verib, hər şeyə şahid olub. Nə daxildən, nə hakimiyyət daxilindən, nə xaricdən, nə hansısa xarici ölkədən zərrə qədər təsir olmayıb.

İnsanlar sadəcə fəallara, jurnalistlərə qarşı artan və açılmayan cinayətlərdən hiddətləniblər, səslərini çatdırmaq istəyiblər. "Biz belə yaşamaq istəmirik" deyiblər.

Dəstək verə bilməyənlər suyu bulandırmaqdansa, sussalar daha hörmətli olarlar.

Bəxtiyar Hacıyev
İctimai fəal


Xəbər 6549 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +