Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


23.04.2019  11:58 

Təhsil eksperti nazirin 1 ilini belə qiymətləndirdi – naşı komandası...





A+  A-

Ceyhun Bayramovun ili çıxdı. Bəli, 1 il bundan əvvəl Ceyhun Bayramov Təhsil naziri təyin olundu.
Onun Təhsil naziri olması ictimai razılığın nəticəsi idi. Ondan təhsildəki problemlərin həlli gözlənilirdi və böyük ümidlər var idi.
Amma bir il ərzində nəinki təhsildə problemlər həll oldu, əksinə, daha da çoxaldı, təhsilə ictimai etibar və etimad ciddi şəkildə aşağı düşdü.
Səbəb əlbəttə ki, Təhsil nazirinin yanlış, naşı komandası oldu.
Ümumiyyətlə 1 il ərzində Təhsil Nazirliyinin həyata keçirdiyi heç bir kadr islahatını uğurlu hesab etmirəm.
Bir il əvvəl gözləyirdim ki, Ceyhun Bayramov təhsildə yığılıb qalmış əsas problemləri həll edəcək:
1. Diplomların tanınması ilə bağlı olan qanunsuzluq hələ də davam edir.
2. Təhsil naziri əlçatan deyil, vətəndaş, müəllim öz problemini deyə bilmir.
3. Təhsil Nazirliyi daxil olan şikayət və müraciətlərə baxmır.
4. Müəllimlərin və gənc tədqiqatçıların sosial müdafiəsi üçün heç bir addım atılmır.
5. Məktəblər ictimaiyyətə bağlıdır və baş verən xoşagəlməz hadisələr gizlədilir, həll olmur.
6. Ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul qaydaları hələ də məlum deyil. Yəni kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu hələ də açıqdır.
7. Universitetlərdə hazırıq qrupları ilə bağlı məsələ həll olmayıb.
8. Diplomları dövlət nümunəli olmayan müəllimlərin əmək haqqı ilə bağlı və ya onların fəaliyyəti ilə bağlı problemlər davam edir.
9. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ilə bağlı nazirliyin heç bir tədqiqatı və münasibəti yoxdur.
10. Nazir bir il ərzində birbaşa nə universitetdə, nə də orta məktəblərdə tədris prosesində iştirak etməyib. Hansısa öncədən hazırlanmış ssenari istisna olmaqla.
Bu siyahını minə qədər uzatmaq olar.
Təhsildə hal-hazırda həyata keçirilən islahatlar da əvvəlki illərdə əsası qoyulanlardır ki, indi də davam edir.
Yəni müəllimlərin işə qəbulu, nə direktorların işə qəbulu, nə elektron qaydada tələbə köçürülməsi, nə birinci sinfə qəbul onun fəaliyyətinin nəticəsi deyil. Müəllimlərin imtahan ilə işə qəbulu hələ 2009-cu ildə Misir Mərdanov təhsil naziri olanda başlamışdı.
Ən maraqlısı da odur ki, Ceyhun Bayramov Təhsil naziri olduğu 1 il ərzində onun rəsmi qəzet və jurnallarda təhsilə aid heç bir məqaləsi dərc edilməyib.
Halbuki bu bir il ərzində ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən təhsil sistemində çox ciddi islahatlar, qərar və sərəncamlar qəbul edilib.
Bu müddət ərzində hörmətli nazirin tədbirlərdə çıxışları da demək olar ki, eyniyyət təşkil edib və demək olar ki, təkrar olub.
Mikayıl Cabbarov təhsil naziri olanda tənqidlərə açıq idi. İndi isə Təhsil Nazirliyi bütün heyəti və resursları ilə bunu edənə qarşı bütün vasitələrə mübarizə aparır.
Ümid edirəm ki, saydığım və saymadığım ciddi problemlərin növbəti il ərzində aradan qaldırılması istiqamətində addımlar atılacaq.

Kamran Əsədov
Təhsil məsələləri üzrə ekspert


Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +