İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.04.2019  20:56 

Hökumətin yeni maliyyə siyasəti – Təhlil





A+  A-

Maliyyə naziri Samir Şərifov 2018-ci ilin yekunları ilə bağlı kollegiya iclasında bildirib ki, ötən il icmal büdcənin gəlirləri 30 milyard 925 milyon manat və ya 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat çox, xərcləri 26 milyard 457 milyon manat və ya 1 milyard 274 milyon manat çox icra olunub.
İcmal büdcə 1 milyard 549 milyon manat məbləğində profisitlə proqnozlaşdırılsa da, faktiki olaraq 4 milyard 468 milyon manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2 milyard 918 milyon manat və ya 1,9 dəfə çox deməkdir.

2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 509 milyon manat və yaxud təsdiq olunmuş proqnoza qarşı 360,0 milyon manat çox, 2017-ci illə müqayisədə isə 6,0 milyard manat çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar 9 milyard 108 milyon manat və yaxud 103,5 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 305,0 milyon manat çox olub.

Təbii ki, qeyri-neft sektoru üzrə daxilolmaların 3,5 faizlik artımı çox yaxşı göstəricidir və büdcənin dayanaqlı maliyyə qaynaqları bazasının genişlənməsi deməkdir. Bu artımlar vergi və gömrük sistemində ucot-qeydiyyat sisteminin təkmilləşdirilməsi hesabına əldə edilib. Əgər bu tendensiya bu il ərzində də davam edəcəksə, qeyri-neft sektoru üzrə daxil olmalar əhəmiyyətli dərəcədə arta bilər ki, bu da öz növbəsində hökumətə daha çevik sosial siyasət aparmaq imkanlarını artırır.

Neft gəlirlərindən fərqli olaraq qeyri-neft sektorunun gəlirləri dayanaqlı qaynaqlar sayılır və kölgə iqtisadiyyatını leqallaşdırmaqla bu qaynaqların sayını daha da artırmaq imkanları var. Son 1 ildə hökumətin gizli iqtisaiyyatı leqallaşdırmaq səyləri daha aydın görünür və Dövlət Gömrük Komitəsinin büdcə daxilolmalarındakı əhəmiyyətli artımlarını da bu konteksdən nəzərdən keçirmək lazımdır.

Bununla yanaşı, xarici borclanma məsələsində də hökumətn siyasətində ciddi dəyişiklik var. Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və Yeni büdcə qaydası təsdiq edilib. Ötən ildən artıq dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 19,0 faizə enerək 3,8 faiz-bənd azalıb.

Statistikaya görə, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8, 9 milyard ABŞ dolları təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Göründüyü kimi, hökumət xarici borc yükünü azaltmaq kursunu. Baxmayaraq ki, ölkənin valyuta ehtiyatı 45 milyard dollardır, yəni xarici borclardan düz 5 dəfə çoxdur. Bununla belə, hökumətin konservativ büdcə siyasəti pozitiv tendensiyadır və daxili resurslardan daha effektiv istifadəyə hesablanıb. Bu siyasət yaxın illərdə davam etsə, hökumət daha effektli sosial və investisiya siyasəti həyata keçirə bilər.

Təbii ki, investisiya siyasətinin daha çox özəl sektora tranformasiya daha effektiv olardı və büdcə xərcləri daha çox sosial layihələrin maliyyələşdirilməsinə yönələrdi.

Qadir İBRAHİMLİ

Xəbər 19841 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +