Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


16.11.2018  17:58 

Azərbaycan XİN-in “görmədiyi” Kiyev – Azər Xudiyev azərbaycanlılara qarşı niyə müharibə elan edib?





A+  A-

Son günlər ölkə mətbuatında xarici ölkələrdəki səfirlərimizlə bağlı xoşagəlməz xəbərlər yayılmaqdadır. Azərbaycan oxucusu əsasən Ukraynadakı səfirimiz Azər Xudiyevin bu ölkədə yaşayan soydaşlarımıza qarşı müharibə elan etməsinə dair xəbərlər oxuyur. Üstəlik, indiki səfirin sabiq səfirimiz barədə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi, başqa bir keçmiş diplomatımız barədə erməni daxili işlər nazirinə şikayət məktubu göndərməsi, səfirliyimizi öz şəxsi qalasına çevirərək yalnız “lyubimçikləri” içəri buraxması və s. barədə informasiyaların da ardı-arası kəsilmir.
XəzərNews.az Mediaxeberleri.az-a istinadən xəbər verir ki, ölkə ictimaiyyətindən Azər Xudiyevin davranışlarına olduqca sərt reaksiya müşahidə olunmaqdadır. Milli Məclisin deputatları, ziyalılar, politoloqlar səfirin davranışlarını kəskin şəkildə tənqid edir, 7-8 il əvvələ təsadüf edən təmir məsələsi ilə Azərbaycanın adına utanc gətirəcək addımlar atmasını milli təəsübkeşlikdən uzaq fəaliyyət nümunəsi kimi qiymətləndirirlər. Faktiki olaraq bu gün Ukraynada Azərbaycan diasporu ilə səfirlik arasında qarşıdurma yaşanır. Kiyevdə səfirin fəaliyyətindən narazı olanlar mətbuat konfransları keçirir və nəticədə azərbaycanlılar arasında yaşananlar xarici ölkə mətbuatının manşetinə çevrilir. Nə baş verir? Niyə başqa bir ölkədə soydaşlarımız səfirliklə problem yaşamalıdırlar? Necə olur ki, Azər Xudiyevə qədər Ukraynada qeyd olunan xüsusda hər hansı problem yaşanmadığı halda, bu gün Azərbaycan üçün olduqca vacib ölkələrdən birində soydaşlarımız diplomatik görəv yerinə yetirənlərlə qarşıdurma vəziyyətindədirlər? Əvvəlki səfirlərin zamanında azərbaycanlılarla bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına öz səfirimiz tərəfindən şikayət məktubları göndərilməsi kimi hallara rast gəlinməyib. Amma Azər Xudiyev dizini yerə qoyaraq bir əldən döşəyir – daxili işlər naziri demir, baş prokuror demir, hamıya şikayət edir, bəyənmədiyi, yola getmədiyi azərbaycanlıları ölkədən deportasiya etdirməyə çalışır. Niyə? Hamını bir araya gətirmək, mübahisəli məsələlərə işıq salmaq, diasporun güclənməsi üçün gərəkli addımlar atmaq, səfirliyi hər bir diaspor nüməyəndəsi üçün doğma ocağa çevirmək bu qədərmi çətindir? Axı o adamlar həmişə orada qalacaqlar. Çünki həyatlarını Ukrayna ilə bağlayıblar. Azər Xudiyev isə gedəcək. O adamlar bundan sonra da Azərbaycan üçün çalışacaqlar. Diaspor nümayəndələri müstəqil şəxslərdir, hər hansı dövlət görəvi yerinə yetirmirlər, ölkə üçün etdikləri də yalnız mənəvi məsuliyyətdən irəli gəlir. Azər Xudiyev olsun ya olmasın, onlar üçün bunun elə bir ciddi fərqi yoxdur. Sabah başqa səfir gələcək, onlar yenə öz işləri ilə məşğul olacaq, vətənə, dövlətə gərəkli layihələrə imza atacaqlar. Yaxşı olmazmı ki, diaspor nümayəndələri öz səfirliklərindən də mənəvi güc alsınlar, səfiri özlərinin dostu hesab etsinlər? Belə olarsa, dövlətimiz, millətimiz qazanmazmı? Qazanar əlbəttə. Amma nədənsə Azər Xudiyev bunu istəmir, münasibətləri istiləşdirməyə cəhd göstərmir, diaspor fəallarını səfirliyə dəvət edib onlarla açıq və səmimi söhbət aparmır. Necə olur ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cəmi bir səfəri ilə iki diaspor lideri arasında uzun illərdir davam edən anlaşılmazılığı aradan qaldırır, onları barışdırır, lakin dövlətimizin elçisi “Ukraynada diasporla səfirlik arasında qarşıdurma” kimi söhbətlərə son qoymağa maraq göstərmir? Nədir ona mane olan? Şəxsi hikkəsimi? Biznes maraqlarımı? Ya hansısa gizli oyunun tələblərimi? Bu suallara birmənalı cavab vermək çətindir. Yalnız onu əminliklə söyləmək olar ki, səfir Azər Xudiyev diasporla münasibətləri qaydasına qoymaqda maraqlı deyil, əksinə, intriqaların daha da dərinləşməsi, diaspor fəalları arasında münaqişələrin yaranması kimi arzulanmaz halların yaşanmasına həvəslidir. Diplomatiya ilə bağlı məşhur bir misal var: Diplomatlar çox nadir hallarda müharibənin qarşısını ala bilirlər. Amma bəzən sülhü aradan qaldırmağa müvəffəq olurlar. Heç istəməzdik ki, bu misalı Azər Xidiyevin də şəxsinə şamil edək. Amma təəssüf ki, hazırkı vəziyyətdə başqa cür düşünə bilmirik...

...Həm də onu başa düşə bilmirik ki, bu qədər “minuslar” ortadaykən, bu qədər “çp”lər göz qamaşdırarkən Azər Xudiyev hələ də hörmətli Elmar Məmmədyarovun diqqətini çəkmir. Bir səfirlə bağlı az qala hər gün mənfi xəbərlər gözə dəyir, bir səfirin hərəkətləri Milli Məclisdə müzakirə olunur, amma nazir bunu görmür! Eşitmir! Bir nəfər çıxıb izahat vermir ki, məsələn, Ukraynadakı səfirliyin düz “dizinin dibində” o boyda göydələnin tikintisinə kim icazə verib və niyə? Necə oldu ki, əvvəlki səfirlərin heç biri, məhz təhlükəsizlik məsələlərinə görə həmin binanın tikintisinə imkan vermədi, lakin Azər Xudiyev o boyda zıppıltının ərsəyə gətirilməsinə “xeyir-dua” verəsi oldu? XİN-dən heç kəs səsini çıxarıb, “O göydələnin bütün mərtəbələrindən səfirliyimizin mətbəxi belə aydın görünür və bu, təhlükəli məsələdir” kimi həyacan dolu çağırışlara reaksiya vermir.

Bəlkə hörmətli nazirimiz yazılanları başa düşmür? Bəlkə məhz bu səbəbdən söhbəti tutmaqda çətinlik çəkir? Ola bilsin belədir, istisna etmirik. Odur ki, hər ehtimala qarşı belə də deyə bilərik: « Господин министр, ради Бога, остaновите посла!»

Xəbər 1679 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +