Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


01.11.2018  22:39 

Ən ülvi hisslər də maddiləşir





A+  A-

Arzu və istəklərimizdən asılı olmayaraq bəzən ətrafımızda elə hadisələr cərəyan edir ki, baş verənlərin mahiyyətini belə doğru-düzgün anlaya bilmirsən.
Bəzən hətta səbəb də nəticəylə uzlaşmır. O zaman həqiqətlə gümanın arasında çaş-baş qalırsan, düzü əyridən ayırd etməkdə də çətinlik çəkirsən. “Düz” bilib getdiyin yolun əyri-üyrü cığırlarla kəsişdiyini görəndə heyrətdən donub qalırsan və qeyri-ixtiyari öz-özünü sorğu-sual edirsən ki, “axı, belə olmamalıydı, niyyətim heç də bu deyildi, niyə ayrı mənzilə düşdüm…”. Bu qayda ilə hər nə qədər özünə haqq qazandırmaq istəsən də, bu ancaq saxta təsəllidən başqa bir şey olmur. Sonra da başlayırsan ki, “niyə belə olur, nədən belə oldu” və s. bu sayaq bayağı suallarla beynini qazıyıb, onun dərinliklərində cavab axtarmağa. Ən azından özünü haqlı bildiyin üçün içindəki mənini ovundurmaq, azacıq da olsa ruhuna dinclik vermək istəyirsən. Buna nə qədər müvəffəq ola bilirsən və ya bilmirsən, bu ayrı məsələdir. Əgər, sən bilsən ki, səni əhatə edən böyük insan toplumu (cəmiyyətin böyük bir kəsimi) bu gün zəmanənin qızıl qaydası hesab olunan “mənfəətlərinin” gəlir-çıxarını hesablayıb əldə edəcəkləri “qazanclarını” doğru-dürüst bilməyincə sənə doğru bircə addım da atmazlar… Sənin ətrafdan umduğun səmimi təmənnasızlıq ilğım kimi bir şeydir; bir gün sıldırım qayalıqdan dibi görünməyən dərənin dibinə yuvarlanmamaq üçün sən də zamanın nəbzinin necə döyündüyünün fərqini ayırd etmək məcburiyyətindəsən. Çünki ayrı çıxış yolun yoxdur, əgər, birilərinə “qazanc” mənbəyi olmaq istəmirsənsə…

İllər bir-birini qovduqca sanki bir çox şeylərin rəngi də, tamı da, forması da dəyişir elə bil. Bəlkə də elə ona görədir ki, insanlar artıq mənfəətsiz nəfəs ala bilmir və bu hiss getdikcə adiləşir, yaşam tərzimizin tərkib hissəsinə çevrilir . Əgər, diqqət etsək görərik ki, artıq, ən ülvi hisslər də maddiləşməyə doğru gedir. Sanki hər kəs bir-birindən bir şeylər gözləyir. Kim deyə bilər ki, “mən bu işi etdim və sabah səndən bir misqal olsa belə mənfəət gözləməyəcəyəm, təmənnam olmayacaqdır”, yəqin ki, heç kəs. Hər kəsin öz “tutumuna və qabiliyyətinə” görə umacağı olur. Özünə yaxın bildiyin kəslər belə bəzən quruca hal-əhvalı da əmtəələşdirməyə çalışırlar: “bu gün sənə bunu etdim, bunu aldım, bu sözü dedim, bu hərəkəti etdim, bəs qarşılığı nə olacaq və s.”. Beləcə, səmimiyyət öləziləşib solğun çiçəklər kimi ayaqlar altında tapdanır, mənəviyyatımız kasıblaşır və kiçik bir hücrəyə çəkilib yumaq kimi küncə qısılır. Nəticədə, elə şeyləri itiririk ki, onu heç nə ilə əvəzləmək mümkün deyil, hətta illəri-illərə calasaq belə.

İnsan tək olanda, yəni xəyal dünyası ilə baş-başa qalanda daha səmimi olur, nəinki kiminləsə ünsiyyətdə olanda. Hətta, deyərdim ki, güzgü qarşısındakı əksi ilə üz-üzə dayananda da insanın səmimiliyi yox olub silinir, artıq sən o sən deyilsən. Orada da ikiləşirsən və bu zaman özünü aldatdığının mahiyyətini anlamaq belə istəmirsən. Buradan belə bir qənaətə gələ bilərik ki, əgər qarşı tərəf varsa, hardasa qarşılıqlı olmasa da, birtərəfli istək olacaqdır. Bu istəyin mənfəətindən əldə olunan “gəlir” də elə birtərəfli olacaqdır.

Hər birimiz gün ərzində ünsiyyətdə olduğumuz tərəf müqabilimizdən “bu, səmimi sözümdür”, “bunu yalan demirəm” və s. bu sayaq ifadələri tez-tez eşidirik. Bunun əksi isə budur ki, demək, lazım gələndə qeyri-səmimi də ola bilərik, yalan ifadələri də eninə-uzununa muncuq kimi sıralayarıq. Bizi buna vadar edən bilirsinizmi nədir? Qeyri-səmimiliyimiz və hərisliklə hər şeydən şəxsi “mənfəət” güdməyimiz.

O gün küçəmizdən keçə-keçə müştəri haraylayan bal satanın “qatqısız təmiz bal satıram” deməsi məndə onun səmimiliynə zərrə qədər də olsa, inam yaratmadı. Adama deyən gərək ki, əgər satdığın həqiqətən də qatqısız və təmiz baldırsa, daha bunun təmizliyini niyə gözə soxursan. Sadəcə, “bal satıram” deməsi kifayət etməzdimi? Həm də daha səmimi görünərdi. Birtərəfli şəxsi “mənfəət” əldə etmək istəyi onun qeyri-səmimiliyini satdığı balla tən-mütənasib edirdi.

Rəfsanə Abbaslı

Xəbər 6266 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +