Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


25.09.2018  09:26 

“Paşinyan vəzifəsinə təxribatçı bəyanatlarla başladı” - Məmmədyarov





A+  A-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əlaqə Qrupunun 3-cü iclasında iştirak edib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, iclasda çıxış edən Elmar Məmmədyarov İƏT-in Ermənistanın Azərbaycan ərazilərindəki fəaliyyətini BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında birmənalı olaraq işğal kimi qiymətləndirdiyini və Azərbaycana qarşı gücdən istifadəni və ərazilərin işğalını ən sərt şəkildə pislədiyini deyib. Nazir İƏT üzvü olan ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə və həmrəylik nümayiş etdirdiklərinə görə bir daha təşəkkürünü ifadə edib.

Elmar Məmmədyarov bildirib ki, münaqişənin başlamasından 25 ildən çox vaxt keçib. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələblərinə və BMT Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və dünya dövlətlərinin mövqelərinə hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin işğalını davam etdirir. Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda, nəticələrə yönələn danışıqlar aparmaqdan imtina edir, vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır. Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir. Bu yaxınlarda Ermənistandakı hərbi diktatura rejimi devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər fəaliyyətin bəyan edildiyi kimi, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulması idi.

“Təəssüf ki, yeni rəhbərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı”, - deyən nazir bildirib ki, sentyabrın 26-da Nyu-Yorkda erməni həmkarı ilə görüşü planlaşdırılır. Ermənistanda davamlı qeyri-sabit daxili siyasət yürüdüldüyü və bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirinin sonuncu bəyanatları və əməlləri vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirmək niyyəti daşıyır. Bu mənfi ssenarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərinə düşür.

Nazir deyib: “Biz ümid edirik ki, İƏT üzvü olan ölkələrin Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyi və onların ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyi işğalçını beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və İƏT qərarlarına uğunlaşdırmaq üçün daha konkret, praktiki və effektiv tədbirlərə çevriləcək. Bununla əlaqədar, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Əlaqə Qrupunu təşkilatın münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçiririk. Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır. İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirləri müəyyənləşdirmişik. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT-in baş katibi tərəfindən irəli sürüləcək”.

Sonda Elmar Məmmədyarov həmin təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Xəbər 1354 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +