Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


20.08.2017  17:09 

“Kürdlər Azərbaycan ərazilərinə iddialarını gizlətmirlər”





A+  A-

“Kürdüstanın tanınması məsələsində Azərbaycan özünün müttəfiqi olan Türkiyənin siyasətinə uyğun hərəkət edəcək”.
XəzərNews.az xəbər verir ki, bunu AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Azərbaycan parlamentinin keçmiş vitse-spikeri, akademik Gövhər Baxşəliyeva “Virtualaz.org”a müsahibəsində deyib.

Lakin alim istisna etmir ki, Kürdüstan müstəqil olmaya da bilər, çünki qonşu ölkələr onun suverenliyinə qəti etiraz edirlər: “İstənilən halda, Azərbaycan bu məsələdə Türkiyə ilə eyni mövqedən çıxış etməlidir. Yeri gəlmişkən, Azərbaycan həmişə dövlətlərin parçalanmasına qarşı çıxıb. Bakı separatçı qurumları tanımır və bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir”, - akademik qeyd edib.

O xatırladıb ki, kürdlər heç vaxt Azərbaycan ərazilərinə iddialarını gizlətməyiblər və bunu nə vaxtlarsa dövlətimizin ərazisində Qırmızı Kürdüstan adlı qurumun mövcud olması ilə əsaslandırırlar. Lakin onun yaranması və mövcud olması tarixinin kürd xalqına heç bir aidiyyatı yoxdur. Bəli, ötən əsrin 20-ci illərində orada bir neçə min kürd yaşayıb və bolşeviklər onlar üçün kürd dilində tədris aparılan məktəblər açmağa qərar veriblər.

Lakin əhalinin yalnız 17 faizi bu dili özünün ana dili hesab edib, digərləri isə Azərbaycan dilində təhsil verən məktəblərdə oxumağa davam ediblər: “Səhv bir fikir var ki, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının əhalisini kürdlər təşkil edir. Bu belə deyil, orada türklər yaşayır və heç kim kürd dilini bilmir. Sadəcə olaraq, bir vaxtlar ermənilər hamıya, o cümlədən bizə təlqin edə biliblər ki, tarixən oralarda kürdlər yaşayıb”, - G.Baxşəliyeva sözlərinə davam edib.

Alim onu da qeyd edib ki, Yaxın Şərqdə yaşanan xaos ilk növbədə ABŞ-a lazımdır ki, regionu asanlıqla idarə edə bilsin: “Buna görə də, istisna etmirəm ki, məhz Ştatlar Kürdüstanın müstəqilliyini və İraqın parçalanmasını dəstəkləyəcəklər. Bu prosesdən əziyyət çəkən isə yenidən Qərb imperializminin maraqlarının qurbanına çevriləcək İraq ərəbləri olacaq”, - G.Baxşəliyeva hesab edir.

Xəbər 1531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +