İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar


24.11.2017  14:25 

“Onun həbsini Eldar Mahmudov sifariş verib” - General danışdı





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə cəza istənilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkən şəxslər və vəkilləri çıxış edərək mülki iddialarının təmin edilməsini istəyiblər. Zərərçəkən Xaliq Sadıxov E.Quliyevə qarşı 300 min manatlıq iddia qaldırıb və ödəməsini tələb edib.

Ötən iclasda dövlət ittihamçısı çıxış edərək E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin E.Quliyevdən general, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün təqdimat verilməyini və əmlaklarının müsadirə edilməsini istəyib.

***

Prosesdə general E.Quliyev və polkovnik A.Mehdiyevin vəkilləri çıxış edərək müvəkkillərinin günahsız olduğunu deyiblər və onlara bəraət verilməsini istəyiblər. E.Quliyev isə keçmiş nazir Eldar Mahmudov haqda sensasion fakt açıqlayıb: “Mənim heç bir günahım yoxdur. Mətləb Mustafayevin həbs edilməsi üçün Eldar Mahmudov öncədən prokurorluqla razılaşmışdı, ondan sonra Mətləbin mənzilinə tapança qoyuldu. Mətləbin istintaqını mən aparsam da, onun həbsinin sifarişini Eldar Mahmudov verib, prokurorluq isə həbs edib".

"M.Mustafayev də deyib ki, ötən prosesdə E.Quliyev ifadəsində nazir E.Mahmudovun onunla görüşə cəhd etdiyini bildirib: “Eldar Mahmudov vəzifədən azad olunandan sonra Elçin Quliyevlə məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Elçin Quliyev çıxışında İlqarın ona zəng edərək vəkil istədiyini də dedi".

Proses noyabrın 27-də davam etdiriləcək.

Xəbər 1345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +