Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


26.07.2021  15:32 

“Ermənistan kənar ölkələrə arxalanmamalıdır” - Numan Kurtulmuş





A+  A-

“Ermənistan kənar ölkələrdən, öz diasporundan mədət ummaq adətindən əl çəkməlidir”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, biz Qarabağ zəfərindən sonra təklif edilən “altılıq” platformasını dəstəkləyirik: “6 ölkənin- Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın müştərək bir platforma çərçivəsində problemləri öz aralarında həll etmələrini ən doğru yol olduğu qənaətindəyik. Azərbaycanla Ermənistan arasında probemlərin çözülməsinin yolu da hər iki ölkənin müharibədən sonra bu sülh ortamının davam etdirilməsindən keçir. Problemləri danışaraq, görüşərək müzakirə etmək lazımdır. Ermənistana tövsiyəmiz budur. Ermənistanın başqa ölkələrə güvənərək, öz diasporunun gücünə arxalanaraq Azərbaycana qarşı təxribatlar törətməsinin erməni xalqına da faydası olmadığını artıq anlaması lazımdır. Bundan sonrakı mərhələdə Ermənistanın təmkinli davranması onların özü üçün də faydalıdır”.



Xəbər 1561 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +