Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


05.03.2021  12:09 

Ermənistanda 35 min dollarlıq hərbi formaları yandırmaq istəyən saxlanıldı





A+  A-

Ermənistanda ümumilikdə 17,4 milyon dram (təxminən 35 min dollar) dəyəri olan hərbi formaları yandırmağa çalışan şəxs saxlanılıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 11 noyabr tarixində saat 02:30 radələrində 30 yaşlı Yeğvard sakini formanı yandırmağa cəhd etsə də, buna tam nail olmayıb. Belə ki, ətrafdakı sakinlər baş vermiş yanğını görərək tez bir zamanda söndürüblər.

Saxlanılan şəxs Cinayət Məcəlləsinin 34-185-ci maddəsi (əmlakı qəsdən məhv edərək böyük miqdarda ziyan vurmaq) ilə ittiham olunur.

Onun barəsində həbs qətimkan tədbiri seçilib. İlkin istintaq davam edir.

Xəbər 2230 dəfə oxunub.




17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +