Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


27.08.2017  12:09 

Nərimanov rayonu ərazisində yaşan sakinlər təhlükə ilə üz-üzə





A+  A-

Nərimanov rayonu Əliəşrəf Əlizadə 36 A küçəsində yaşayan insanlar təhlükə ilə üz-üzədirlər. “Şans” MMC-nin həyata keçirdiyi tikinti işləri sakinlərin öz evlərində yaşaması üçün əməlli problem yaradıb.
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a Nərimavov rayonunda yaşayan sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, “Şans” MMC qəzalı vəziyyətdə olan həyət evlərini sökərək tikinti işləri aparır.

“Həmin həyət evləri ilə sözü gedən bina arasında 10 metrdən artıq məsafə vardı. Həyətə giriş isə həyət evləri ilə bina arasındakı yoldan idi. Əvvəl ancaq o həyət evləri olan hissəni sökmüşdülər. Yol açıq idi. Sakinlər rahat şəkildə girib çıxırdılar və heç bir narazılıq etmirdilər. Sonra qazıntı işlərini genişləndirdilər. Katlavan binaya yapışıb. Həyətə giriş-çıxış da bağlanıb. Məcbur olub fırlanıb başqa həyətdən evimizə daxil oluruq”

Sakinlər deyir ki, problem bununla da bitmir.

“Toz - torpaq, səs-küydən evdə oturmaq olmur. Betonlama, qazıntı işləri aparılanda evimiz silkələnir. Uşaqlar həyətdə oynaya bilmirlər. Çox acınacaqlı durumdur. Memarlıq və Şəhərsalma idarəsindən də Nərimanov icra hakimiyyətinə bu formada tikinti işlərinin aparılmasının doğru olmadığı haqqında müraciət olunub”


Xəbər 1442 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +