Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


23.08.2018  18:25 

Bu həftə Avropa Birliyinin ürəyi Bakıda döyünəcək





A+  A-

Bu gün Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna üç günlük səfəri başlayır. O, avqustun 23-dən 25-dək Gürcüstan, Ermənistan və Azərbaycana səfərdə olacaq və hər üç ölkənin rəhbərləri ilə danışıqlar aparacaq. Bu dəqiqələrdə A.Merkel artıq Tbilisidədir. Almaniya kanslerinin səfəri ayın 25-də Bakıda yekunlaşacaq. Qeyd edək ki, bu, Almaniya kanslerinin Cənubi Qafqaz respublikalarına, o cümlədən Azərbaycana ilk səfəridir.
Bəs xanım Merkelin səfərinin əsas məqsədi nədir? Məqsəd Qafqazın liderləri ilə və ya Qafqaz xalqları ilə yaxından tanış olmaqdırmı? Əlbəttə ki, yox. Angela Merkelin Qafqaz səfəri 19-cu əsrin məşhur fransız yazarı Aleksandr Dümanın "Qafqaz səfəri"nə bənzəmir. Burda söhbət ilk növbədə geo-strateji maraqlardan gedir.

Düzdür, nə alman mediasında, nədəki Cənubi Qafqaz respublikalarının yerli mətbuatında A.Merkelin səfərinin əsas məqsədi və danışıqların gündəliyinə konkret hansı məsələlərin daxil edilməsi barədə heç bir rəsmi açıqlamalara rast gəlmək mümkün deyil. Yalnız ekspert camiəsinin təxminlərə, proqnozlara əsaslanan subyektiv mülahizələri diqqəti cəlb edir. Almaniya hökumətindəki anonim mənbələrin məlumatına görə isə, guya A.Merkelin bu səfərində əsas məqsəd rəsmi Berlinin regionun siyasi və iqtisadi inkişafında maraqlı olmasıdır. Ancaq əslində isə xanım Merkeli nə Gürcüstanın, nə Ermənistanın, nədəki, Azərbaycanın siyasi-iqtisadi inkişafı elə də dərindən maraqlandırmır. Əksinə, Merkeli maraqlandıran yeganə məsələ öz ölkəsinin - Almaniyanın bundan sonra daha da güclü inkişafı üçün zəmin yaratmaqdır. Bunun da yollarından biri məhz Cənubi Qafqazdan - xüsusən də Azərbaycandan keçir.

Belə ki, "Reuters"in yaydığı xəbərə görə, Angela Merkel Bakıya səfəri zamanı Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi məsələsi danışıqların gündəliyinin mərkəzində duracaq. Almaniya gələcəkdə Rusiya kimi monopolist qaz ixracatçılarından asılı vəziyyətdə qalmamaq üçün, indidən öz qaz mənbələrini şaxələndirməyə çalışır və bu səbəbdən də Azərbaycanın liderlik və sahiblik etdiyi Cənub Qaz Dəhlizi marşrutunda maraqlıdır.

Bir alman məmuru da "Reuters" agentliyinə açıqlamasında elə bu fikiri səsləndirib:"Biz Cənub Qaz Dəhlizinin daha da inkişaf etdirilməsində son dərəcə maraqlıyıq. Bu, Avropa İttifaqının təkcə Rusiyadan deyil, müxtəlif regionlardan Avropaya qaz tədarükünü təmin etmək üçün şaxələndirmə strategiyasının bir hissəsidir".

Ancaq məsələ bununla da qapanmır. Almaniyanın Cənubi Qafqazdan, xüsusən də Azərbaycandan keçən logistik-magistral nəqliyyat dəhlizləri vasitəsilə İrana, Fars körfəzinə, oradan da Pakistan, Əfqanıstan və Hindistan bazarlarına çıxış əldə etmək kimi uzun vədəli, perspektiv maraqları var. Almaniya həm öz məhsullarının ixracı üçün, həm də ucuz xammal ehtiyatları əldə etmək üçün ABŞ-dan asılı olmadan, tam müstəqil surətdə öz oyununu oynamağa qərarlı kimi görünür. Angela Merkeli bu cür qeyri-ənənəvi və eyni zamanda cəsarətli addımlar atmağa vadar edən əsas şəxs də məhz ABŞ-ın hazırki lideri D.Trampdır. Amerikalı liderin bu ilin yazında əvvəlcə Kanadada keçirilən "G-7" sammitində, sonra isə NATO-nun Brüssel toplantısındakı çıxışlarında və eləcə də qısa "tvit"lərində Almaniyanı Rusiya ilə sıx iş birliyində ittiham etməsi Angela Merkeldə artıq ABŞ-la yolların ayrıldığı qənaətini möhkəmləndirdi. Merkel başa düşdü ki, artıq Avropa Birliyi bundan sonra müstəqil siyasət yürütməlidir və ABŞ-ın "yedəyi" rolunu oynamamalıdır. Merkel bir qədər də irəli gedərək hətta ABŞ-a dirsək göstərmək yönündə addımlar atmağa hazırlaşır. O, ABŞ-ın İranla "nüvə anlaşması"nı birtərəfli qaydada tərk etməsinə və İranla əməkdaşlıq edən Avropa şirkətlərinə və banklarına sanksiyalar tətbiq edilməsinə etiraz əlaməti olaraq İranla iqtisadi münasibətləri daha da inkişaf etdirməyə qərar verib. Merkelin bu cür uzaq məqsədli strateji planlarının həyata keçirilməsində əsas məntəqələrdən və geopolitik oyunçulardan biri də məhz Azərbaycandır. Odur ki, cəsarətlə deyə bilərik ki, bu həftə Avropa Birliyinin ürəyi məhz Bakıda döyünəcək.

Uğurlar, Azərbaycan!


Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri


Xəbər 1403 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +