Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


18.10.2023  14:33 

Aktyorları ümid ilğımında çürüdən KİNO MÜHİTİ





A+  A-

Bu günlərdə Xalq artisti, tanınmış aktyor Rasim Balayevə efirdə sual verdilər ki, hansı obrazınızı daha çox sevmisiniz? Cavab verdi ki, rollarımın hamısı mənə doğmadır, amma Nəsimi obrazı mənim həm sənətdə, həm də həyatda vizit kartımdır, o obrazla tanındım, xalqın sevgisini qazandım.

Doğrudan da, hər bir aktyoru xalqa tanıdan, sevdirən seçmə bir obrazı olur. Daha doğrusu, aktyoru tanıdan, məşhurlaşdıran, sevdirən çəkildiyi filmlər, yaratdığı obrazlardır.

Söhbət təkcə Rasim Balayevdən getmir… Onun kimi neçə-neçə məşhur aktyorları milli kinomuzun ən gözəl nümunələri sayılan filmlərimizdən görüb tanımışıq. O filmlərdən ki, onların sayəsində bütöv bir aktyor nəsli yetişib. Bəli, akytoru yetişdirən də məhz oynadığı filmlərdir.

Orta və yaşlı nəslin insanları Yusif Vəliyev, Leyla Bədirbəyli, Rasim Balayev, Fuad Poladov, Məlik Dadaşov, Yaşar Nuri və daha neçə bənzərsiz aktyorların adını çəkə, oynadıqları filmləri sadalaya bilər. Amma yeni nəsil gənclər 10, 20, 30 ildən sonra hansı aktyorun adını çəkəcəklər? Demək çətindir. Çünki aktyor nəsli yetişmir.

Aktyorun yetişməsi üçün keyfiyyətli filmlər çəkilməlidir, amma gəlin görək, son 15 ildə hansı uğurlu film ərsəyə gətirilib? On barmağımızın birini belə qatlaya bilmirik, çünki yoxdur. Hər dəfə efirdə köhnə filmləri nümayiş etdirirlər, gözəl. Amma yeni filmlər də çəkilib göstərilməlidir ki, yeni nəsil dövrün peşəkar aktyorlarını tanıya bilsin.

Demirik, mükəmməl, işini bilən peşəkar aktyorlar yoxdur. Bəlkə də var, amma biz onları tanımırıq. Qurşaqdanaşağı zarafatlar, 18+ anonslu kommersiya filmləri ilə aktyor nəsli yetişdirmək olmur axı. Ən azı “Nəsimi”. “Böyük dayaq”, “Yeddi oğul istərəm”, “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Uzaq sahillərdə” və sair filmlər səviyyəsində bir ekran əsəri ortaya çıxarılmalıdır, onlar da həmin filmdə rol almalıdır ki, biz istedadları kəşf edə bilək. Amma çəkilmir.

Kinonun düşdüyü ağır böhran vəziyyətindən çıxarmaq üçün cəhdlər edildi, aidiyyatı qurumlar yaradıldı. Lakin bu qurumların fəaliyyəti hələ ki, quru-quru iclas keçirmək, bir-birini daşqalaq etmək, “söyüşmək” səviyyəsindən o yana keçmir.

Nəticədə 22-25 yaşlı potensiallı aktyor filmə çəkiləcəyi günü gözləyə-gözləyə qocalır. İndi artıq 40-50 yaşlarına çatan və gümanla yaşayan o akytorların son ümidi də öləziməkdədir. Nəyi gözləyirsiniz, cənab mədəniyyət naziri, ortaya hələ də düz-əməlli bir məhsul çıxara bilməyən Kino ittifaqları?

Bəlkə papağınızı qarşısınıza qoyub fikirləşəsiniz?

Cəvahir Nehru
www.yenicag.az

Xəbər 1413 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +