Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


02.03.2022  16:39 

5 Azərbaycan vətəndaşı həlak olub - Ukraynada





A+  A-

Ukraynada baş verən hadisələrdə indiyə qədər Azərbaycanın 5 vətəndaşı həlak olub.

XəzərNews.az xəbər verir ki, bu məlumatı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlayıb.

O qeyd edib ki, bu günə kimi 4000-ə yaxın azərbaycanlı Ukraynanı tərk edib: “Hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi vacib məsələdir. Dünən artıq Xarkovdan azərbaycanlılar qatarla çıxarılıb, 800-dən çox azərbaycanlı Xarkov-Moldova istiqamətində yola düşüb. Vətəndaşlarımızın sərhədi keçidinə dair ən çox sıxlıq Ukraynanın Moldova və Rumıniya sərhədində, daha sonra isə Polşa sərhədində müşahidə olunur”.

Nazirlik rəsmisi vurğulayıb ki, yaxın vaxtlarda Azərbaycan vətəndaşlarının Polşadan gətirilməsi üçün də çarter reysi təşkil olunacaq.

Xəbər 1624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +