Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


03.02.2018  11:57 

Deputatdan HƏYƏCAN TƏBİLİ





A+  A-

“Hər dəfə mağazalardan nəsə alanda plastik (sellofan) torbalardan həddindən artıq istifadə olunduğunu müşahidə edirik. Bir çox hallarda hər bir qrup məhsul üçün ayrıca torbadan istifadə edilir. Bəzən çox kiçik əşyalar üçün belə, ayrıca torbalar təklif olunur. Mağazalar üçün bu, müşətərinin özünü rahat hiss etməsi, məmnun qalması və təbii ki, gələn dəfə yenə də ora gəlməsi üçün vacibdir. Alıcılar da rahat və pulsuzdur deyə, bundan məmnuniyyətlə istifadə edirlər. Ancaq bu məmnuniyyətin həm ətraf mühitə, həm də insanların sağlamlığına neqativ təsirləri böyükdür. Ona görə də, sellofan torbalardan bu şəkildə istifadə ciddi şəkildə məhdudlaşdırılmalıdır”.
XəzərNews.az bildirir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Modern.az-a deyib. Deputat plastik torbaların təhlükəsi və nəyə görə onlardan kütləvi istifadənin məhdudlaşdırılmasə barədə də danışıb:

“Çünki əsasən polietilen və polipropilendən düzəldilən torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq, ətraf mühiti çirkləndirməkdə, zəhərləməkdə davam edirlər. Bu hal tullantının təmizlənməsinə çəkilən xərcləri əhəmiyyətli şəkildə artırır. Yəni plastik torbaların özlərinin istehsal xərcləri aşağı olsa da, son nəticədə onlar çox baha başa gəlirlər. Həll olmaması və çəkisinin yüngüllüyü səbəbindən su yolları və ya küləklə dənizə, yaxud digər su hövzələrinə qədər gedib, onların bio-aləminə ziyan vururlar. Torpaqda qalanda isə onun korlanmasına və məhsuldarlığının azalmasına səbəb olurlar”.

Vüsal Hüseynov deyib ki, sellofan torbaların ətraf mühitə vurduğu zərəri minimuma endirmək üçün bir çox ölkələr müxtəlif tədbirlər görüblər.

“İtaliya təkrar emalı mümkün olmayan plastik torbaları qadağan edən ilk Avropa ölkəsidir. Ümumilikdə 40-dan artıq ölkədə belə paketlərin istifadəsinə qadağa qoyulub. Bir sıra dövlətlər isə qabağan etməsələr də, əlavə vergilərin tətbiq olunmasını yolunu seçiblər. Avropa İttifaqına daxil olan İrlandiya, Belçika, Almaniya, İspaniya, Norveç və Hollandiya kimi dövlətlər plastik torba istifadəsinə görə istehlakçılardan pul alınmasını müəyyən ediblər. Bu ölkələrdə mağazalar plastik torbaları istehlakçılara pulsuz vermirlər. Satılan plastik torbalardan əldə edilən gəlirlər isə, bir qayda olaraq, plastik torbaların ətraf mühitə verdiyi zərərin qarşısını almağa yönəlmiş sosial proqramlara və araşdırma aparan təşkilatlara köçürülür. Avropa İttifaqında təkrar emal edilə bilinməyən, yəni birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik torbalarının istifadəsini məhdudlaşdırmaq məqsədi daşıyan qaydalar (direktivlər) mövcuddur. Avropa İttifaqı sənədlərində bu sahədə irəliləyişə nail olmaq üçün əsas üsullardan biri kimi iqtisadi alətlər (məsələn, vergi) önə çəkilir. Avropa İttifaqında bu sahədə ən uğurlu dövlət İrlandiya Respublikası sayılır. Belə ki, bu dövlət gördüyü tədbirlərlə plastik torba istifadəsini çox yüksək faizdə 90% azaltmağa müvəffəq olub”.

V.Hüseynovun sözlərinə görə, ölkəmizdə də bu sahədə bir neçə məsələ diqqət mərkəzində saxlanılmalıdır.

“Zərurət olmazsa marketlərdə artıq torbalar istəməyək. Market sahibləri də öz tərəflərindən bununla bağlı əməkdaşlarına tapşırıq verə bilərlər. İmkan daxilində dükan-bazara əvvəllər olduğu kimi daimi istifadə üçün nəzərdə tutulmuş zənbillərlə, torbalarla gedə bilərik. Marketlər bunun qarşılığında kiçik də olsa, hansısa endirimlər tətbiq edə, yaxud bonus kartlarına kiçik xallar artıra bilərlər. Marketlərin plastik torbaları ödənişli etməsi də variantlardan biridir. Müəyyən edilmiş çox kiçik rəqəm ümumi olaraq müştəri məmnunluğuna təsir etməz, amma müəyyən kateqoriya üçün çəkindirici effekt doğura bilər. Dövlət tərəfindən bu sahəyə müdaxilə xüsusi vergilərin tətbiqi, plastik torbaların istehsalının müasirləşdirilməsinə və keyfiyyətinə nəzarətin təmini və bu sahədə müsbət fəaliyyətin təşviqi formalarında ola bilər”.

Xəbər 1990 dəfə oxunub.



09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +