Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


05.03.2017  12:48 

Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı





A+  A-

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İranın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Prezidentlər birgə foto çəkdiriblər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.

Xəbər 2499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +