Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu


20.12.2022  12:23 

Ya fransız olun, ya da fransız...





A+  A-

Bu gün Fransanın Azərbaycana qarşı səlib yürüşünün ön görüntülərinin əsaslandırılmasına xidmət edən məqamlardan biri də ölkəmizdə yaşayan etnik erməni azlığının hüquqları ilə bağlıdır.

Azərbaycan, dəfələrlə qoşulduğu beynəlxalq razılaşmaları əsas gətirərək, hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan suveren ərazilərində yaşayan ermənilərə ölkə vətəndaşlarına konstitusiya ilə verilən bütün hüquqları verməyə hazır olduğunu bəyan edib. Amma rəsmi Parisin və Fransanın qanunverici orqanının hər iki palatasının ölkəmizə qarşı əsassız iddiaları səngimək bilmir və daha aqressiv, daha qərəzli xarakter alır.

Halbuki Fransa, ilk növbədə öz konstitusiyasını, beynəlxalq razılaşmalara, eləcə də bu ölkədə yaşayan etnik azlıqların hüquqlarına olan münasibətini nəzərə alaraq, susmalı və bu mövzuya, ümumiyyətlə mürciət etməməli idi.

Məsələ burasındadır ki, Fransa, bütövlükdə etnik azlıq anlayışını qəbul etmir və bu səbəbdən, indiyədək Milli azlıqların hüquqlarının qorunmasına dair Çərçivə Sazişinə qoşulmayıb. Fransa konstitusiyasına görə, fransız milli dövlətçiliyinin təməlində fransız milli-mədəni ənənələri dayanır. Bu isə o deməkdir ki, fransız xalqının ənənələri Fransa cəmiyyətinin əsasını təşkil edir və dominant üstünlüyə malikdir. Fransada yaşayan digər xalqların nümayəndələrinin isə yalnız bir imtiyazı var – fransız olmaq! Yəni könüllü surətdə assimilə olunmaq!

Bununla yanaşı, bir məqamı da dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm: Fransa nəinki etnik azlıq anlayışını qəbul etmir, hətta regional dillərin və etnik azlıqların dillərinin mövcudluğu ilə bağlı reallıqlarla da barışmaq istəmir. Bu baxımdan, Fransa 1999-cu ildə Regional dillər və azlıqların dilləri haqqında Avropa Xartiyasını imzalasa da indiyədək ratifikasiya etməyib. Sənədə əsasən, Fransa ölkə ərazisində yaşayan, tarix və mədəniyyət baxımından fransızlara yaxın, ənənəvi, yəni Avropa xalqlarını təmsil edən etnik azlıqlara onların ana dilləri ilə bağlı müəyyən hüquqlar verməliydi... Amma vermədi...

Xartiyanın ratifikasiyası ilə bağlı qanun layihəsi sonuncu dəfə 2015-ci ildə Fransanın qnunverici orqanının gündəminə gətirilsə də, Fransa Dövlət Şurasının Xartiyanın konstitusiyaya zidd olması barədə rəyi məsələyə birdəfəlik nöqtə qoyub.

Bütün bunlarda sonra, öz ölkəsindəki etnik azlıqların, o cümlədən 350 min korsikalının, 230 min baskın və digərlərinin ən adi hüquqlarını tanımayan bir ölkənin Azərbaycanda yaşayan erməni azlığı ilə bağlı iddialarını simasızlığın son həddi kimi qiymətləndirməkdən başqa seçim qalmır.

İndi, əsasən soyqırımına məruz qoyulan, assimilə edilən, zorla fransızlaşdırılan xalqların nümayəndələrindən ibarət Fransa “milli” futbol komandasının dünya çempionatındakı məğlubiyyətinə sevinən azərbaycanlıları məsxərəyə qoyan, gülüş hədəfinə çevirən zatı qırıqların gözünün içinə... baxıb demək istəyərdim: Bəyənmirsiniz, gedin “demokratiya”nın, “mədəniyyət”in beşiyi saydığınız Fransaya, ya fransız olun, ya da fransız... Çünki Fransada yalnız bir halda “azlıq” kimi hüquqlarınızın tanınması mümkündür. Onu da... kimliyindən asılı olmayaraq, heç bir azərbaycanlıya arzulamıram...

Elçin Mirzəbəyli

Xəbər 938 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +