“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


21.02.2019  14:06 

Nazirlikdən əməkhaqqı ilə bağlı - Müraciət





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.
XəzərNews.az-a daxil olan məlumata görə, xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, onlar minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edərək, mart ayının 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər.

19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqları ödənilən işçilərdən maaşı minimum əməkhaqqından aşağı olan işçilərin də əməkhaqlarında işəgötürənlər tərəfindən artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur.

Xəbər 1363 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +