“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


03.06.2020  23:06 

Üçüncü nəfəs – ruhun meracı





A+  A-


Muğam. Adındakı mənanın nə olduğunu dəqiq bilmirəm. İncəliyinə qədər bilənlərin olduğunu da bilmirəm. Amma hər nədirsə, ruhun qidasıdır, qəlbin ən munis nöqtəsinin titrəyişidir, insanı öz məhvərindən qoparıb, onu gəldiyi İlk Nöqtəyə qədər yüksəldən ilahi bir bəxşişdir. Canlıdır, həm də məsum, surətdə Aləmi-Eşqə bənzəri var - nə isəvidir, nə musəvi, nə də “segah” kimi yetimdir muğam – Adəmlə cənnətdən birgə enən ruhun səma məlhəmidir. La ilahə illəllahın nidasıdır – çünki cövhərindən ənəlhəqdir.

Səsi görən, duyan, səslə danışan, rəngini və qoxusunu kəşf edən, Ərşin taxtını titrədən Səs mülkünün sultanı Ustadi-Əzəm - O! O – Allahla danışan min illərin Alimi!

Birinci Nəfəslə bəşəri heyrətdə qoydu – səsin ilahi qüdrətini, elmini, fəlsəfəsin anlatdı bizlərə. İkinci Nəfəslə qızı Fərqanəni mələklərə nişan verdi – onunla birgə asimanda pərvaz etdi. İndi, möhtəşəm üçüncü Nəfəs gəlir – Ruhun meracı: Ərş, Çərx və Fələk. Bu məqama yetib, onu idrak etmək üçün bütün zaman ölçülərindən kənara çıxaraq Eşq dəliliyinin Alimlik mərtəbəsinə yüksəlməlisən. O zaman anlarsan ki, nə həngamədi bu...

Deyirlər, Azərbaycan anasına daha yüz il səbr etmək gərəkdir ki, Onun kimi birisi yenidən dünyaya gəlsin. Xülyadı bu! Dünyanın Birinci Anasının səbri ötən əsrin 57-ci ilində birdəfəlik tükəndi. Bu, sonuncu gəliş idi. Bu Səs əbədidir! Mən bu səsə iqtida edirəm.

Allahım, Öz böyüklüyün naminə aləmlərin Alimini qoru, Öz qüdrət Qələminə təkrar-təkrar “Əhsən” demək üçün Onun səsinə güc, qüvvət ver! Onun sevdiklərini qoru, Onu sevənləri qoru! Amin!



Vasif Hüseynov


Xəbər 10937 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +