İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


20.06.2022  18:15 

Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri elan olunub





A+  A-

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə iyunun 19-da keçirilən imtahanlarının nəticələri elan olunub.

Bu barədə XəzərNews.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da DİM kağız daşıyıcılar vasitəsilə dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin inzibati icraçı vəzifələrə aid olan BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

Namizədlər aşağıdakı keçidlər vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:

- dövlət qulluğuna qəbul;

- dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi.

Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğuna qəbul imtahanında 2105 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 78 nəfər, BB1 altqrupu üzrə 115 nəfər, BB2 altqrupu üzrə 138 nəfər, BB3 altqrupu üzrə 171 nəfər, BB4 altqrupu üzrə 230 nəfər olmaqla, ümumilikdə 805 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında isə 155 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 26 nəfər, BB2 altqrupu üzrə 42 nəfər, BB3 altqrupu üzrə 45 nəfər, BB4 altqrupu üzrə 29 nəfər olmaqla, ümumilikdə 142 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Hər iki növ imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 21-23 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.

Xəbər 1204 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +