Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar


12.04.2017  11:35 

Ali məktəblərə və kolleclərə 85 mindən çox abituriyent ərizə verib





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycanda I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulu yekunlaşıb.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün birinci (yaz) qəbul imtahanları II və III ixtisas qrupları üzrə aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu il Azərbaycan ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlayıb.

Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olara bildirilib ki, bu il ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 85497 abituriyent ərizə verib.

69969 abituriyent (63343-ü Azərbaycan, 6626-sı Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 27490 (24981-i Azərbaycan, 2509-u Rus bölməsinin məzunu) I, 19641-i (17426-sı Azərbaycan, 2215-i Rus) II, 17916-sı (16578-i Azərbaycan, 1338-i Rus) III, 4922-si (4358-i Azərbaycan, 564-ü Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.

Bu il ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən 85497nəfərdən 65652 qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.

34153 abituriyent V ixtisas qrupuna, 36076-sı isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib.

Xəbər 1417 dəfə oxunub.




21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib

20.06.2024  20:21 

Milli Məclis buraxılır

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +