Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ


14.12.2021  12:25 

“Azərişıq” əməkdaşı bu dəfə Sumqayıtda bıçaqlandı





A+  A-

Dekabrın 13-ü saat 18 radələrində “Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

XəzərNews.az Sumqayıt şəhər prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsi Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Mübariz Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.

Xəbər 1190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto

29.07.2024  12:54 

Sabahın hava proqnozu AÇIQLANDI

29.07.2024  10:09 

Bu ərazilərdə qaz olmayacaq

27.07.2024  16:20 

Sabah hava necə olacaq ? -Proqnoz


BÜTÜN XƏBƏRLƏR +