01.02.2017 11:21
Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.
DTX-nın İctimai əlaqələr şöbəsindən XəzərNews.az-a bildirilib ki, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
|
10.08.2024 17:41
10.08.2024 10:00
10.08.2024 09:34
09.08.2024 14:45
09.08.2024 09:46
08.08.2024 20:59
08.08.2024 16:28
08.08.2024 16:12
08.08.2024 16:00
08.08.2024 15:55
07.08.2024 18:54
07.08.2024 18:20
07.08.2024 17:21
07.08.2024 15:58
07.08.2024 11:23
07.08.2024 11:13
07.08.2024 11:03
07.08.2024 09:01
06.08.2024 16:54
06.08.2024 15:38
06.08.2024 13:02
06.08.2024 12:52
06.08.2024 10:31
05.08.2024 21:32
05.08.2024 18:50
05.08.2024 18:06
Türkiyə “bitib-tükənməz bənzərsiz təcrübələr” diyarı -FOTOLAR
05.08.2024 17:59
05.08.2024 17:55
05.08.2024 17:37
05.08.2024 17:30
05.08.2024 17:25