Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


16.03.2017  12:22 

“Azəriqaz”da kütləvi “təmizləmə”





A+  A-

Dünən gecə Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində bir neçə yüksək vəzifəli şəxs qəfil işdən azad edilib.
XəzərNews.az bildirir ki, bu barədə Gununsesi.info-ya “Azəriqaz”ın adının çəkilməsini istəməyən yükəsk vəzifəli işçilərindən biri məlumat verib.

Məlumatda qeyd olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bir gecədə birliyin Hüquq Departamentinin rəisi Elbrus Məmmədovu, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyevi, Bakı İstismar Departamentinin rəisi Osman Behbudovu, həmin idarənin baş mühəndisi və “Azəriqaz”ın bir neçə regional idarələrinin rəislərini onların özünə demədən işdən azad edib.

Bu gün səhər işə gələn həmin şəxslərə artıq bu qurumdan kənarlaşdırıldıqları barədə xəbər verilib.
Məlumatda bildirilir ki, baş direktor bu əmri verərkən, Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub.

Saytın əməkdaşı qurumdakı kütləvi işdən çıxarılmaların səbəbini öyrənmək üçün baş direktor Əkbər Hacıyevlə əlaqə saxlamağa çalışsa da buna nail ola bilməyib.

“Azəriqaz”da baş verənlərlə bağlı gün ərzində maraqlı xəbərləri təqdim edəcəyik.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbiyev Gununsesi.info-nun xəbərini təsdiqləyib.

Belə ki, İ.Kərbalayev bildirib ki, “Azəriqaz”ın Hüquq Departamentinin rəisi Elbrus Məmmədov, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyev və Bakı İstismar Departamentinin rəisi Osman Behbudov sadəcə, şirkət daxilində yerdəyişməylə başqa vəzifəyə keçiriliblər:

“Bizdə yerdəyişmələr mütəmadi olaraq, həyata keçirilir. Sözügüdən şəxslər də bir vəzifədən kənarlaşdırılıb, başqasına təyin olunublar”- deyə, o, bildirib.

Xəbər 1933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +