İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


09.06.2023  21:50 

Ruben Vardanyan Azərbaycanın Avropaya enerji ixracının qarşısını almağa çalışır?





A+  A-

“The Washington Times”: “O, həm Rusiyanın, həm də İranın dostudur”, “Sülhü pozmaq üçün Qarabağa göndərilib”

Bu günlərdə Ruben Vardanyan bir daha Qarabağ ermənilərini Azərbaycana qarşı silahlı mübarizəyə səslədi. Bu çağırış narahatçılıqla qarşılandı. Bolqarıstanın “sofiaglobe.com” saytı bu məsələ ilə bağlı Qərb mətbuatında gedən bəzi fikirlərə diqqət çəkib. Həmin saytın “Why is the West not sanctioning Putin’s key allies in the Caucasus?” (Qərb Putinin Qafqazdakı əsas müttəfiqlərinə niyə sanksiya tətbiq etmir?) adlı məqaləsini ixtisarla təqdim edirəm.

Sayt yazır ki, Avropa və beynəlxalq media rusiyalı milyarder Ruben Vardanyanın niyə Qarabağa rəhbər təyin edildiyini, onun nə üçün Kreml tərəfindən himayə olunmasını, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişə ilə bağlı danışıqlar prosesini pozmağın nə üçün ona həvalə edilməsinin səbəblərini aydınlaşdırmağa çalışır.

ABŞ-ın “Taunhall” jurnalı yazır ki, “Vardanyan... Moskvanın xarici siyasətinin davamı olub və indi də olmaqdadır”.

“Vardanyanın strategiyası təkcə etnik nifrətin qızışdırılmasına və Rusiyanın Ermənistan üzərində nəzarətinin bərpasına deyil, həm də Xəzər hövzəsindən Avropaya enerji təchizatının dayandırılmasına yönəlib”, “The Washington Times” belə yazır.

“The Hill”: “Vardanyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının legitimliyini pozmağa çalışır və Rusiyanın əsas “vasitəçi” rolunu qorumaq üçün ermənilərlə azərbaycanlılar arasında münaqişələri qızışdırır”.

Kanadanın “Geopolitical Monitor” analitik jurnalı yazır ki, “Kreml Vardanyanı Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamağa nail olacağı qorxusuna görə Qarabağa göndərib”.

“Politico”: “Vardanyan öz təsir imkanlarından istifadə edərək Qarabağın erməni icmasının ictimai rəyini dünyaya qarşı yönəltməyə çalışır”.

"Vardanyanın Kremlin adamı olduğuna heç bir şübhə olmamalıdır", - “Politico” bildirib.
“Al Jazeera”nin məlumatına görə, “...Vardanyanın Qarabağda görünməsi Rusiyanın Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqları sabotaj etmək üçün təşkil edilmiş planının bir hissəsidir...Vardanyan davamlı şəkildə Qarabağda rus sülhməramlılarının müdafiəsi ilə məşğuldur”.

Vardanyanın “Troyka Dialoq” şirkəti OCCRP və Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aparılan araşdırmalarla məşhurlaşıb. Vardanyanın ofşor şəbəkələrin yaradılmasındakı rolu da bu araşdırmalarla üzə çıxıb.

"Rusiyanın ən varlı adamlarından biri olan Vardanyan Putinə yaxındır... o, ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında və Putinin nüfuzlu dostlarına pul köçürməsində ittiham olunur", - “ The Washington Times” yazır. Qəzet bildirir ki, onun Ukraynanın müntəzəm atəşə tutulmasında Moskvaya dəstək verən Tehranla da əlaqələri var: “Vardanyanın İranla əlaqələrini Qorçakov Fondu (Dmitri Medvedyev Rusiya prezidenti olarkən bu fondu yaradıb) vasitəsilə izləmək olar. Bu fond müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda da müxtəlif tədbirlər təşkil edir. Hökumət tərəfindən təsdiqlənmiş həmin tədbirlərdə Tehrandan olan natiqlər də iştirak edir”.

Elbəyi Həsənli,
Sürix


Xəbər 1294 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +