Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


17.01.2019  11:09 

Burulğan Eldar şamını kökündən çıxarıb





A+  A-

Bakıda axşam saatlarından başlayan külək bir neçə ağacın sınmasına səbəb olub.
XəzərNews.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu saata olan məlumata görə, paytaxtda güclü külək 6 ağaca ziyan vurub. Belə ki, 5 ağacın budağı sınıb, 1 ağac isə kökündən çıxıb.

Bakının Nizami, Sabunçu və Xətai rayonlarının hərəsində 1 ağac, Nəsimi rayonunda isə 2 ağac sınıb.

Kökündən çıxan Eldar şamı Yasamal rayonu, Şərifzadə küçəsində olub. Gecə saatlarında ağac burulğana düşərək kökündən çıxıb asfaltın üzərinə düşüb. Meriyanın əməkdaşları ağacı ərazidən götürərək yolu açıblar.

O.Məmmədov əlavə edib ki, heyət hazırda gücləndirilmiş iş rejimində çalışır.

Xəbər 1226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +