Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


17.02.2020  13:39 

Onlar təkrar seçkilərə qatıla bilərmi – Qanun nə deyir?





A+  A-

Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv olunmuş dairələrin lider namizədlərinin təkrar seçkilərdə iştirak hüququnun olub-olmaması ilə bağlı anlaşılmazlıq yaranıb.
XəzərNews.az Yenisabah.az-a istinadən xəbər verir ki, lider namizədlərin təkrar seçkilərdə iştirak etmək hüququnun olmadığı barədə iddialar səsləndirilir. Arqument kimi isə Seçki Məcəlləsinin 176-cı maddəsi əsas gətirlir. Həmin maddə isə Milli Məclisə əlavə seçkilərlə bağlıdır.

Seçki mütəxəssisləri bildirir ki, həmin maddə lider namizədlərin təkrar seçkilərdə iştirak etmək hüququnun olmadığını iddia edənlər tərəfindən səhv anlaşılıb. Məsələ burasındadır ki, əlavə seçkilər mandatdan məhrum edilmiş deputatlara aiddir.

Maddənin 5-ci bəndində aydın şəkildə yazılır ki, boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz. Yəni, mandatdan məhrum edilən deputat yenidən seçildiyi dairədə keçirilən əlavə seçkilərdə namizəd kimi iştirak edə bilməz.

9 fevral seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməyib. Deməli, seçkilərdə qalib elan edilmiş şəxslər deputat sayılmır və onların lider olduğu dairələrdə nəticələrin ləğvi mandatdan məhrumetmə hesab edilmir. Bu halda həmin namizədlərin təkrar seçkilərdə iştirakı mümkündür.

MSK fevralın 13-də 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan, 33 saylı Xətai birinci və 35 saylı Xətai üçüncü seçki dairəsində nəticələri ləğv edib. Bu dairələrdə müvafiq sıralama ilə Hadı Rəcəbli, Çingiz Qənizadə, Hüseynbala Mirələmov və Rauf Arifoğlu lider namizəd idi. Adıçəkilən şəxslərdən Çingiz Qənizadə ilə Rauf Arifoğlu təkrar seçkilərə qatılacağını bəyan edib.

Xəbər 1241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +