“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


03.10.2021  11:02 

Bu müəssisə qeyri-qanuni fəaliyyət göstərib?





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

XəzərNews xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Ağstafa rayonu, Həsənsu kəndində fəaliyyət göstərən fiziki şəxs İsmayılov Əli Arzu oğluna məxsus limonad və spirtli içkilərin istehsalı müəssisəsinə baxış keçirilib.

Müəssisədə 14.09.2020-ci il tarixdə keçirilən yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri qənaətbəxş olmasına və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib. Lakin, təkrar baxış zamanı sahibkar tərəfindən həmin qərara riayət edilmədiyi və müəssisənin qeyri-qanuni yollarla fəaliyyət göstərdiyi məlum olub.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu məlum olub. Eyni zamanda müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1724 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +