“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


19.01.2018  17:11 

AzTV-də nə baş verib? - Xanım direktor işdən çıxarıldı





A+  A-

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov televiziyanın daha bir yüksək vəzifəli şəxsini işdən uzaqlaşdırıb.
XəzərNews.az "BakuPost”a istinadən xəbər verir ki, sədr AzTV-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın şirkətdəki fəaliyyətinə son verib.

M. Məmmədova xeyli müddət işə gəlməyib. İşçilərə gah onun məzuniyyətə çıxdığı, gah da başqa işlə əlaqədar şirkətə gəlmədiyi deyilib. Lakin bir neçə gün öncə M. Məmmədovanın TV ilə yollarının ayrıldığı rəsmən elan edilib.

Mehriban Məmmədova AzTV-də 2 ildən çox çalışıb. Bundan əvvəl isə uzun müddət İTV-də müxtəlif vəzifələrdə olub. Onu da bildirək ki, prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verib. O, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olub.

Bələ bir şəxsin qəfil işdən uzaqlaşdırılmasının səbəbinə gəlincə, onun bir müddət əvvəl müavin postundan uzaqlaşdırılan, sədrin "qara siyahısı”na düşən Elsevər Dünyamalıyevlə yaxınlığı göstərilir.



Sayt M. Məmmədovanın özü ilə əlaqə saxlayıb. Sabiq departament rəhbəri bununla bağlı danışmaq istəmədiyini deyib: "Bu informasiya sizə niyə görə maraqlıdır ki? İnformasiyanı sizə kim verib? Mən bu məsələ ilə bağlı açıqlama vermək istəmirəm".

AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova açıqlamasında onun TV ilə yollarını ayırdığını təsqidləyib. Bildirib ki, M. Məmmədova işdən öz ərizəsi ilə ayrılıb: "Bəli, Mehriban xanım işdən çıxıb. Bir müddət əvvəl ərizə yazıb, işdən azad olunmasını xahiş edib. Şirkət də onun xahişini nəzərə alıb”.

"Mehriban xanım işdən azad olunma səbəbi kimi nəyi göstərib” sualına isə X. Qasımova "öz istəyi ilə gedən adamdır, mən niyə getdiyini dəqiq bilmirəm” deyə cavab verib.

Xəbər 1360 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +