Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


26.09.2018  12:46 

Köhnə yol təmir olunandan sonra yenisi pullu olacaq





A+  A-

Xəbər verdiyimiz kimi, bu ilin sonunadək Ələt-Astara yolunun 31-204-cü kilometrinin ödənişli olacağı gözlənilir. Bu barədə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov qurumun qiymətlə bağlı təklifi olsa da, son sözü Tarif Şurasının deyəcəyini qeyd edib.
Bəs yol ödənişli olduqdan sonra cənub rayonlarına digər alternativ yolun fəaliyyət göstərməsi nəzərdə tutulurmu? Bununla bağlı hazırda hansı işlər görülür?

XəzərNews.az-ın məlumatına görə, qurumun mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”nun suallarına cavab olaraq bildirib ki, artıq mövcud yolun təmirinə başlanılıb:

“Yolun Biləsuvar-Salyan hissəsi çox bərbad vəziyyətdə olduğu üçün ilkin işlər həmin ərazidə başlanılıb. Böyük ehtimal ki, il sonu-gələn ilin əvvəlinə kimi həmin yolda yenidənqurma işləri yekunlaşacaq. Bundan başqa, biz dəqiq deyə bilmərik ki, ilin sonundan etibarən ödənişli yolun tətbiqinə başlanılacaq. Alternativ yolun asfalt örtüyü tam olaraq yenilənməmiş bu, nəzərdə tutulmur. İlkin olaraq ödənişli yolda turnikedlər qoyulacaq, buraxılış məntəqələri tikiləcək ki, bu da bizdən vaxt tələb edir. Təqribi olaraq il sonu nəzərdə tutulub. Bu proses mərhələli formada həyata keçiriləcək”.

Bundan başqa, A. Nəcəfli yeni yolun sürücülərə verdiyi imkanlardan da bəhs edib:

“Təzə yolun uzunluğu 173 km, köhnə yolunku isə 214 km-dir. Yəni, hardasa yeni yolun uzunluğu 40 km daha azdır. Belə nəticəyə gəlmək olar ki, o məsafəyə sərf olunan yanacağa qənaət etməklə yeni yoldan istifadə etmək olar. Hətta məbləğ daha az da ola bilər. Sürücülər müvcud yolla getsələr, yanacağa pul veriləcək, məsafə qısalır, tez çatırsa, həm də rahat getmək olar. Sürət həddi daha yüksəkdir. Mövcud yolda sürət 60-90 km/saat nəzərdə tutulubsa, yeni yolda stabil olaraq 120 km/saat sürətlə hərəkət etmək olar”.

Xəbər 1539 dəfə oxunub.




07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +