İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


16.10.2023  17:53 

“Bakı danışıqlara hazırdır“ - Elçin Əmirbəyov





A+  A-

Bakı Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyır.

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov BBC-nin Rus Xidmətinə müsahibəsində bildirib.

O, Ermənistanda Azərbaycanın Zəngəzuru nəzarətə götürmək istəməsi ilə bağlı suala cavabında belə planların mövcudluğunu inkar edib:

“Biz tanıyırıq ki, bu, Ermənistanın suveren ərazisidir. Lakin qarşı tərəfin dəhliz boyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir. Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya əksinə qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün etibarlı təminata ehtiyacımız var”.

E. Əmirbəyovun sözlərinə görə, Bakı danışıqlara hazırdır, lakin Ermənistan prosesi ləngitmək qərarına gəlsə, o zaman Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır.

Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi sərhədlərin delimitasiyası ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu, çox ağrılı məsələdir. Çünki sovet dövründə iki respublika arasında inzibati sərhəd çox şərti şəkildə çəkilirdi - o zaman heç kəs onun dövlətlərarası sərhədə çevrilə biləcəyini düşünmürdü. Nəticədə, ermənilərin məskunlaşdığı bəzi sərhəd kəndləri Azərbaycan tərəfinə keçib və əksinə. Üstəlik, sərhədin ayrı-ayrı hissələrinin bir qədər fərqli olduğu müxtəlif sovet xəritələri var. Bu hallarda tərəflərin konkret olaraq necə danışıqlar aparacağı hələ bəlli deyil.

Əmirbekov deyib: “Əsas məsələ bu məsələni sülh yolu ilə həll etmək üçün hər iki tərəfin kifayət qədər siyasi iradəsinin olub-olmamasıdır. Biz ikitərəfli danışıqların digər sahələrində irəliləyişə nail olmaq istədiyimiz qədər də belə bir həll istəyirik. Hesab edirəm ki, aramızdakı sərhəd nə qədər tez razılaşdırılsa, bir o qədər yaxşıdır. Hər hansı hərbi əməliyyatın bərpa olunma ehtimalı bir o qədər az olar”.//Yenisabah.az

Xəbər 642 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı


BÜTÜN XƏBƏRLƏR +