Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


20.08.2024  14:38 

Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu





A+  A-

“ABŞ-ın Ermənistandakı səfiri K.Kuin ən aktiv səfirlərdəndir. Səfir K.Kuinin dövründə ABŞ-ın Ermənistanla münasibətlərində daha çox hərbi istiqamət inkişaf edib. Ermənistan Müdafiə Nazirliyi artıq ABŞ hərbçisi tərəfindən idarə olunmaqla bağlı qərar qəbul edib”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, İran XİN-nin mətbuat xidmətinin rəhbəri Nasir Kənani növbəti brifinqində Ermənistanda ABŞ-ın HHM, Radiolokasiya və digər hücum silahları ilə bağlı suallara İran-Ermənistan münasibətlərini dost, konstruktiv və sıx münasibətlər adlandırmaqla cavab verdi:

“Yəni iki ölkə arasında baş verənlərə qarışmadıqlarını açıqladı. N.Kənani bu məlumatlardan xəbərinin olmadığını bildirib. Ola bilər N.Kənani İranın ABŞ-ın tərkib hissəsi olduğunu düşünür və elə bilir ki, ABŞ mərkəzi hökuməti nə vaxtsa İranın Xarici İşlər Nazirliyinə Ermənistanda gördüyü işlərlə bağlı məlumat göndərəcək. Amma N.Kənani ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumatları izləsə hər şey orada aydın görünəcək”.

Siyasi şərhçi əlavə edib ki, K.Kuin Ermənistana səfir gəldikdən sonra ABŞ Ermənistanda hərbi təlimlər keçirdi:

“İki günlük hərbi təlimləri Ermənistan tərəfi ümumi və əvvəlcədən keçirilən hərbi təlimlərin davamı kimi təqdim etdi. Səfir Kuin aşkar bəyanat verdi ki, ABŞ-ın Ermənistanla keçirdiyi təlimin məqsədi nüvə, bakterioloji və kimyəvi silahların yayılmasının qarşısını almaqdan ötrüdür. Vurğu nüvə silahının yayılmasının qarşısını almağın üstündədir. Ermənistanın qonşusunda yeganə nüvə dövləti İrandır. Ermənistan nə qədər gizlətməyə çalışsa da səfir cəsarətli bəyanat verdi. Səfir bu ilin əvvəlində bu mövzuda, yəni Ermənistanla ABŞ arasında nüvə silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı müqavilənin müddətini 2030-cu ilədək uzadıldığını bildirdi və ildə bir dəfə təlim keçirməklə yanaşı, lazım olan anda da hərbi təlimlər keçirə bilərlər. ABŞ-ın Ermənistandakı səfiri K.Kuin Ermənistanın ərazisində keçirilən hərbi prosesləri aktiv izləyir və bu barədə də hər dəfə məlumat yayır”.

M.Əhmədoğlu qeyd edib ki, səfir qadınların orduya qoşulmasına dair Amerika qrantı ilə keçirilən hərbi kursları da izləyir və vaxtaşırı məlumat yayır:

“Səfir Kuin Süniki “su yoluna” çevirib. Hətta bu il ABŞ-ın müstəqillik gününü Sünikdə də qeyd etdi. Yerevanda keçirildikdən bir neçə gün sonra müstəqillik günü Sünikdə qeyd olundu və aşkar mesaj verdi ki, Sünik İranın deyil, ABŞ-ındır. Ən böyük mübarizə də hazırda onun üstündə gedir. Sünikdə xüsusi polis alayı ABŞ, Aİ tərəfindən ayrılan qrantla idarə olunur və Ermənistan polisi və ya Daxili İşlər Nazirliyinin tərkibində Sünik koridorundan keçən yüklərin təhlükəsizliyini təmin etmək üçün yaradılıb. Səfir xanım K.Kuinin Ermənistan polisinin rəisi, yəni daxili işlər naziri Q.Kazaryanla əlaqəsi çox intensivdir. Sünikdə müstəqillik gününü də onunla birlikdə keçirdi. Hətta erməni ekspertləri Ermənistan polisinin rəisi, daxili işlər nazirini ABŞ Dövlət Departamentinin əməkdaşı hesab edirlər”.

“Səfir Kuin ABŞ-dan gəlmiş hərbçilərin içərisində etnik ermənilərin olduğunu xüsusi qeyd etdi. Əksəriyyəti Kanzas ştatından idi, Kaliforniya ştatından da etnik ermənilər var idi. Onları öz yerliləri kimi xüsusi təbrik etdi. Əgər ABŞ öz ərazisindəki etnik erməniləri Ermənistanla əlaqəli hərbi proseslərə qoşursa, İran və Rusiyada da etnik ermənilər var. Onlardan da yaxın vaxtlarda istifadə oluna bilər. ABŞ harasa tələsir”, -deyə M.Əhmədoğlu bildirib.

O, qeyd edib ki, Azərbaycanda Caliber.az saytının yazdığına reaksiya olaraq ABŞ səfirli böyük həvəslə Ermənistan ərazisinə gətirdiyi hərbi texnikanın siyahısını yaydı:

“Yuxarıda adı çəkilən silahlar da siyahıda var idi. ABŞ səfiri aşkar mesaj verir ki, hərbi sahədə görülən işlər Ermənistana aiddir. Azərbaycan və Gürcüstana dəxli yoxdur. Nüvə təhlükəsizliyi ilə bağlı açıqlamasının əsas mahiyyəti bu idi. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağ ərazisində anti-terror əməliyyatları dövründə Ermənistanda da ABŞ-ın hərbi təlimləri keçirilirdi. Səfir aşkar bildirdi ki, ABŞ-ın təlimlərinin Azərbaycana, Qarabağ bölgəsinə, Qarabağ ermənilərinin oradan köçürülməsinə aidiyyəti yoxdur. Britaniyanı da hərbi proseslərə qoşmaqla erməni xəstələrinin ağzını yumur ki, Ermənistana etdiyi hərbi yardımın Azərbaycan və Gürcüstana dəxli yoxdur. Çünki burada Böyük Britaniyanın enerji infrastrukturu yerləşir. N.Kənani niyə bunları oxuya bilmir?! N.Kənaninin bəyanatında diqqət çəkən SEPAH-ın onun bəyanatını dəstəkləməsidir. Əslində N.Kənanini ali dini liderin ofisindən qorumaq məqsədi daşıyırdı. Çünki bilirlər ki, Ermənistanla münasibətlərin kuratoru ali dini liderdir. Bu 2011-ci ildə o vaxt İranın Ermənistandakı səfiri S.Ə.Sagiyanın açıqladığı məsələdir. SEPAH-ın N.Kənaniyə dəstək açıqlamasında onun da ABŞ-ın Ermənistanda yerləşməsinə münasibətinin çox yumşaq olduğu aydın görünür. Zəngəzurda camış fermasında İranı izləyən cihazı, Lənkəranda çəltik sahəsində düyünün üstündə İranı izləyən “juçok”u görən, Azərbaycana qarşı təhdid yağdıran SEPAH ABŞ səfirliyinin Ermənistan ərazisinə gətirdiyi silahlarla bağlı siyahını görmədi. Buna görə də ABŞ və Mİ-6 hətta ali dini liderin yanına N.Paşinyanı göndərərkən bəlkə də saqqalında da 4-5 “juçok” olub. SEPAH-ın Ermənistana tərəf baxan gözündə problem var və müalicəsi də ABŞ-ın əlindədir. İran ABŞ-la yaxınlaşmaq üçün Ermənistan ərazisini seçib. İran ABŞ-ın Ermənistanda gördüyü işlərdən hansı nəticəni çıxartmasına baxmayaraq ABŞ-ın analitik düşüncə tərzi var və bütün baş verənləri də məhz o analitik düşüncə tərzi ilə təhlil edir”.

Xəbər 4519 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +