Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


26.04.2019  13:05 

“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı





A+  A-

“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib.
XəzərNews.az-a verilən məlumata görə, “Nar”-ın sərfəli internet paketləri sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 60% artım qeydə alınıb. İnternet istifadəçilərinin sayının artmasına mobil operatorun təklif etdiyi tariflər və paketlər, ölkə ərazisində quraşdırılan baza stansiyalarının sayının artması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib.

Bu ilin birinci rübü ərzində mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində də artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan sorğuların nəticələrinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisdə “Nar” abunəçilərinin sayı 12% artaraq, 2,2 milyondan çox olub. Cari ilin ilk üç ayı ərzində mobil operator paytaxtla yanaşı, bölgələrdə də şəbəkəsini gücləndirməkdə davam edib. Son 3 ay ərzində ölkə ərazisində 25-dən artıq yeni 3G və 4G baza stansiyası quraşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mini keçib.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1094 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +