Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


14.12.2020  15:19 

“Qarabağda həyəcanverici vəziyyət yaranmışdı, dayandırıldı” - Rəsmi Moskva





A+  A-

“Dağlıq Qarabağda həyəcanverici bir vəziyyət yaransa da, problem tez bir zamanda həll edildi”.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. O, baş verənlər barədə az məlumatlı olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini deyib.

“Verə biləcəyimiz bütün məlumat bundan ibarətdir. Həqiqətən, həyəcanverici bir vəziyyət yaranmışdı, amma bu, qısa müddətdə dayandırıldı”,- deyə Peskov qeyd edib.

Xatırladaq ki, dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyi birgə məlumat yayaraq bildirmişdi ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdı.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.

Xəbər 1386 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +