Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


07.03.2018  09:25 

Polisin qardaşı qızını sevdi, bu hala saldılar – Fotolar





A+  A-

Cəlilabad rayon sakini, 21 yaşlı Yusif Quliyev vəhşicəsinə döyülüb.
XəzərNews.az xəbər verir ki, Y.Quliyevi döyənlərin Cəlilabad rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad Fövqəladə Halların Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Şahin Cəfərov olduğu iddia olunur. Bu barədə məlumatı Y.Quliyevin yaxın qohumu Dəyanət Babayev adlı sosial şəbəkə istifadəçisi yayıb. D.Babayev Y.Quliyevin qan içində olan fotolarını da paylaşıb.
Y.Quliyevin döyülməsinə səbəb isə polis kapitanının qardaşı qızını sevməsi olub. Polis kapitanı Nəsimi Bağırov və qohmu FHN polkovnik-leytenantı Şahin Cəfərov Y.Quliyevi qanına qəltan edərək “sən kimsən ki, bizim qardaşımızın qızını sevir, ona elçi göndərirsən?” deyə xəstəxanalıq ediblər.
Qeyd edək ki, hadisə bir neçə gün öncə olub və rayon prokurorluğu faktla bağlı cinayət işi başladıb, amma həbs olunan yoxdur, həmin şəxslər heç nə olmamış kimi öz vəzifələrində işləyirlər.



Xəbər 1563 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +