Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


11.02.2020  15:49 

Azərbaycanda gündəlik qaza olan tələbat proqnozu üstələdi





A+  A-

Fevralın 10-dan etibarən ilk dəfə olaraq qaza tələbat gözlənildiyindən xeyli artıb. Belə ki, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 milyon kubmetrə çatıb. Ötən ilin təcrübəsinə görə sutkalıq tələbat 35 milyon kubmetri keçmirdi.
XəzərNews.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, tələbatın bu həddə çatmasının reallıqlarının əsasında abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə Birliyinin rəhbərliyi tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsi dayanır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin anoloji dövrü ilə müqayisədə (10 fevral 2019) qaza olan tələbatın artımında sutkalıq 9 milyon kubmetrdən çox fərq var. Ötən il bu gün üçün tələbat 32 milyon kubmetrə yaxın olub. Bakı şəhəri üzrə hazırda qaza olan tələbat 22 milyon kubmetrdən çox (2019-cu ildə 17 milyon kubmetr), regionlar üzrə isə qaza olan tələbat 17 milyon kubmetrdən çox (2019-cu ildə 13 milyon kubmetr) təşkil edir.

Bildirmək istərdik ki, hazırda ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq Birlik tərəfindən Qaz Paylayıcı Stansiyalarda (QPS) yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır. Texnoloji rejimin artırılmasına tələbatın olduğu halda, qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalmayıb, texnoloji rejimlərin vaxtında verilməsi və qaz şəbəkələrində optimal vəziyyətin saxlanılması təmin olunur.

Abonentlərdən xahiş edilir ki, qazın təzyiqinin azalmasını müşahidə edərlərsə, yaşadıqları ərazi barədə 104/185 Çağrı mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 "Whatsapp" nömrəsinə mesaj yollaya bilərlər.

Xəbər 1935 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib


BÜTÜN XƏBƏRLƏR +