Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


23.04.2019  15:21 

Bakıdakı şadlıq saraylarının bazarı öldü





A+  A-

Hər il may ayında heç tutarlı əsası olmadan toy keçirilməməsi adət halı alıb. Kortəbii olaraq əksəriyyət də buna əməl edir.
Bəs bu il necə may ayında şadlıq saraylarına toy mərasimlərinin keçirilməsi ilə bağlı sifarişlər daxil olubmu? Yeri gəlmişjkən, bu il çoxlarının “boş ay” adlandırdığı mayın əvvəlində orucluq da başlayır.

XəzərNews.az bildirir ki, Modern.az-ın əməkdaşı Bakıda fəaliyyət göstərən bəzi şadlıq saraylarına sorğu ünvanlayaraq, may ayı üçün toy sifarişi alıb-almadıqlarını öyrənməyə çalışıb.

“Xəzinə Palace” restoranı: “Bu il may ayı bütünlüklə orucluğa düşdüyünə görə toyla bağlı hər hansı sifariş daxil olmayıb”.

“Çıraq Palace”: “May ayında insanlar niyəsə toy etməkdən qorxur. Ümumilikdə isə az da olsa indiyədək may ayında sifarişlər daxil olub. Bu il isə orucluğa təsadüf etdiyindən hələ ki sifarişlər daxil olmayıb. May ayında toy olduğu təqdirdə həmişəki qiymətlərə nisbətdə endirimlər də edirik”.

“Neptun Saray”: “Bu il mayın ilk 5 günü üçün sifarişlər daxil olub. Ötən illər ərzində də may ayı üçün sifarişlər olub. Bu il may ayının orucluğa təsadüf etməsini iftar vaxtının gecə saatlarına düşməsini nəzərə alsaq, insanlar toy etməkdə maraqlı deyillər. Lakin onu qeyd dim ki, orucluğa təsadüf etməsinə rəğmən bu ay ərzində toy etmək yalnış deyil”.
“Abu Arena”: “Bu ilin may ayı üçün hər hansı bir sifariş daxil olmayıb. Lakin ötən illər ərzində may ayında toy mərasimləri keçirilib”.

“Su Sonası”: “May ayının 5-i orucluq daxil olduğuna görə, hər hansı sifariş qəbul etməmişik. Lakin ötən illərdə də bu ay üçün toylar azlıq təşkil edib. Demək olar ki, bütün ay ərzində şadlıq sarayında 1 ya 2 toy mərasimi keçirilib”.

“Neolit” : Bu il may ayı Ramazana təsadüf etdiyindən, sifarişlər daxil olmayıb. Lakin ilk 5 gün üçün sifarişlər var. May ayında əvvəllər demək olar heç kim toy etmirdi. Son bir neçə ildə isə bu ay ərzində başqa aylara nisbətdə az olsa da, toy edənlər olur”.

Xəbər 1419 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +