08.02.2017 10:49
Prezident İlham Əliyevin “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, ”Dövlət məmuru xalqın xirdmətçisidir” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Babı, Arayatılı və Mollaməhərrəmli kənd sakinləri ilə keçirilib. Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar-qəbul görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib. Alı Alıyev qeyd edib ki, Babı, Arayatılı və Mirzənağılı kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin həmin kəndlərdə gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Alı Alıyev Babı, Arayatılı və Mollaməhərrəmli kəndlərində pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyanı və pay torpaqlarından səmərəli istifadə etməyi, kənd təsərrüfatı məhsullarına olan daxili tələbatlarını özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödəməyi tövsiyə edib. Səyyar qəbul-görüşlərdə Alı Alıyev Prezident İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi barədə Fərmanından irəli gələn məsələlərdən bəhs edib. Kənd sakinlərinə elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyə edib.
Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
|
14.09.2024 14:27
14.09.2024 11:41
13.09.2024 15:52
13.09.2024 15:47
Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı mütəşəkkil dəstənin məhkəməsi başlayıb
13.09.2024 15:43
13.09.2024 15:39
13.09.2024 15:36
13.09.2024 15:20
İordan çayı sahilində öldürülən türkəsilli qızın cənazəsi niyə Azərbaycana gətirilib?
13.09.2024 11:51
13.09.2024 11:47
13.09.2024 11:37
Azərbaycanlı Alimlərin Bakı Forumu: Nəticələr nə qədər yaxındır?
13.09.2024 11:35
12.09.2024 20:42
12.09.2024 20:35
12.09.2024 20:33
12.09.2024 20:30
NATO-nun Baş katibi Münhen Təhlükəsizlik Konfransının sədri olacaq
12.09.2024 20:22
Alper Gezeravcı Kosmik Qüvvələri Komandanlığına təyin edilib
12.09.2024 20:19
12.09.2024 20:05
Daha bir azərbaycanlı Rusiya-Ukrayna döyüşlərində həlak olub
12.09.2024 17:17
12.09.2024 17:09
11.09.2024 18:55
11.09.2024 17:30
11.09.2024 13:13
11.09.2024 12:59
İzmirdə səfalı kəndləri birləşdirən yürüyüş yolu: “Efeler Yolu“
10.09.2024 17:22
10.09.2024 15:17
10.09.2024 10:32
Şərq vilayətlərinin Türkiyəyə birləşməsinə nail olan azərbaycanlılar - Hacı Əli Əkbər Tufan
09.09.2024 23:35
09.09.2024 19:33
Türkiyənin gözəlliklər diyarı: Qara dəniz bölgəsinin özəlliyi
09.09.2024 17:45
09.09.2024 16:28
09.09.2024 14:59