Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


10.03.2017  14:10 

“Hər gün iş saatından artıq işlədirdilər“ - Şirkət rəhbərliyindən ŞİKAYƏT





A+  A-

Siyəzən rayon sakini Seyfəddin Baloğlanov Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin rəhbərliyindən şikayətçidir. Şikayətçi bildirib ki, şirkətlə 3 illik əmək müqaviləsi olduğu halda, bir il işlədikdən sonra onu işdən azad ediblər
Eyni zamanda şikayətçi, şirkətdə çalışdığı müddətdə 12 saatdan çox işlədildiyini, artıq saatların pulunu ala bilmədiyini söyləyib.
XəzərNews.az bildirir ki, şikayətçi müvafiq qurumlara müraciət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək üçün musavat.com-a müraciət edib.

Seyfəddin Baloğlanov şikayətini geniş formada aşağıdakı kimi danışıb: “2015-ci ilin mart ayında “Evrascon” şirkətinə çilingər kimi işə düzəldim. Həmin zaman mənimlə 3 illik əmək müqaviləsi bağlandı. İş saatım səhər saat 7-də başlayırdı, axşam saat 19-da bitməli idi. Lakin demək olar ki, hər gün iş saatından artıq işlədirdilər. Həmçinin bayram günlərində də işləyirdik. Lakin artıq işlədiyim saatların pulunu vermədilər. Ümumiyyətlə, haqsızlıq çox idi. Bir neçə aydan sonra Səfi adlı mexanik təyin olundu. O da maaşımızı kəsdi. Əvvəl 750 manat alırdım, azaldıb 550 manat etdilər. Dedi ki, belə olmalıdır. Haqqımı tələb edəndə isə məni Hacı Zeynalabdin qəsəbəsinə (Nasosnu) göndərdilər. Dedilər ki, bu adam dövlətin əleyhinədir, təxribata əl atır. 2016-cı ilin mart ayında isə məni işdən azad etdilər. Qeyd etdiyim kimi müqaviləm 3 illik idi. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə müraciət etsəm də xeyri olmayıb”.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün şirkayətdə adı çəkilən mexanik vəzifəsində çalışan Səfi adlı şəxslə əlaqə saxladıq. O, bildirdi ki, şirkətdə heç kimin maaşı kəsilmir. Çünki burada görülən işə uyğun pul verilir: “Müqavilə məsələsinə mən baxmıram. Ancaq maaşa gəlincə isə burada heç kimin haqqı kəsilmir. Kim nə qədər işləyirsə, o qədər də əmək haqqı alır. Bir ay 700 ala bilərsən, gələn ay 800 də alarsan. Yəni görülən işə bağlıdır. Ona görə də şikayətçinin söylədikləri əsassızdır. Hazırda şirkətdə heç bir maaş problemi yoxdur. İşləyən hər kəs normal qaydada öz əmək haqqını alır. Artıq işləyən adam da çox qazanır”.
Abid Şərifovun şirkətindən şikayət
Onu da qeyd edək ki, 2015-ci ildə mətbuatda “Evrascon” ASC-də maaşların gecikdirilməsi ilə bağlı şirkətin əməkdaşlarının şikayətləri əsasında məlumatlar dərc olunub. Həmin məlumatlarda şirkətin baş nazirin müavini Abid Şərifova məxsus olduğu iddia edilib. Lakin şirkət bu faktı inkar edib. Şirkətdə 2015-ci ildə maaş problemi yaşanıb və işçilər 5 ay əmək haqqı ala bilməyiblər. Bununla bağlı onlar elə bizim redaksiyamıza da dəfələrlə şikayətlər ediblər.

“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “Evrascon” ASC-nin 16,89 faizinə nəzarət edir.

Əvvəllər “Azərkörpü” ASC olan “Evroscon”un uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsi həm biznes dairələri, həm də ictimai tikinti sektorunu “kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirilirdi.


Xəbər 3632 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +