Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


18.10.2017  14:32 

Azərbaycana gələn turistlərin kütləvi şikayəti





A+  A-

Turizm qeyri-neft sektorunun ən əhəmiyyətli sahələrindəndir. Turizm sayəsində həm də yaxşı gəlir əldə etmək, ölkəni tanıtmaq mümkündür. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu sahənin inkişaf etməsi üçün müəyyən addımlar atılır, turizm bölgələri yaradılır. Gözəl təbiəti olan Azərbaycanda ilin bütün fəsillərində turizm üçün potensial var. Amma müşahidə etsək görərik ki, Azərbaycanın bir çox rayonlarında otellər yoxdur. Məsələn, İsmayıllı, Ağsu, Gədəbəy, Ağstafa, Yardımlı və başqa rayonlar... Siyahını uzatmaq olar. Bu rayonlara hansısa bir iş üçün gələnlər qalmaq üçün yeri çətinliklə tapır və ya heç tapmır. Xüsusilə qış mövsümündə...
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a deyib ki, qış turizmi dedikdə əsasən infrastrukturu olan məkanlar nəzərdə tutulur. Azərbaycanda Lerik, İsmayıllı və bir çox rayonlar qış turizmi üçün əlverişlidir, amma bu rayonlarda infrastruktur yoxdur. Bizdə əsasən iki rayonda, Qəbələ və Qusarda qış turizmi inkişaf edib.
Qış vaxtında Azərbaycanın potensialından istifadə etmək istəyən mütəxəssislər əvvəlcə rayonlarda infrastruktur yaratmalıdır, kadrlar hazırlanmalıdır. Kadrlar hazırlanarkən yalnız yerli deyil, xarici qonaqlar da nəzərə alınmalıdır. Bunun üçün həmin rayonlarda olan mədəniyyət və turizm qurumları, şöbələr, informasiya mərkəzləri var, onlar özlərinin məntiqə uyğun proqramlarını verə bilərlər. Azərbaycanın potensialı, coğrafi mövqeyi imkan verir ki, 365 gün ölkəyə turist gəlsin. Qışda rayonlara turist cəlb etmək üçün hansısa güzəştli şərtlər edilməlidir. Turizmdə qiymət siyasəti mövsümlərə bölünür, 4 mövsümün müxtəlif qiymətləri ola bilər. Yayda olan qiymət qışa münasib deyil. Bu, dünyada turizm sektorunda olan təbii və məntiqi prosesdir.

M.Ağakərimov bildirib ki, regionlarda yeni otellərin inşa olunmasına ehtiyac var.

“Regionlarda ən azı 1 və ya 2 ulduzlu otellər inşa olunmalıdır ki, həm xarici turistlər, həm də yerli əhali öz cibinə uyğun istirahət edə bilsin. Belə olduğu halda turistlər rahat şəkildə həm yay, həm də qış aylarında rayonlara üz tuta bilərlər. Bölgələrdə ucuz otellərin inşa edilməsi daha məqsədəuyğundur, çünki bahalı otelləri saxlamaq da böyük vəsaitlərin xərclənməsinə gətirib çıxarır. Turizm şirkətləri hər regionun öz xüsusiyyətinə uyğun turlar təşkil etməlidir”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda xidmət sahəsində vəziyyət istənilən səviyyədə deyil.
“Azərbaycanda turizm sahəsində təhsil verən kifayət qədər təhsil ocaqları var. Belə təhsil ocaqları kəmiyyətcə çox olsa da, hələ keyfiyyət istədiyimiz nəticəni vermir. Regionlarda yüksək səviyyədə xidmət göstərmək üçün treninqlər təşkil olunmalıdır, o yerlərə peşəkarlar cəlb edilməlidir. Belə təlimləri rayonların hamısında təşkil etmək çətin olar, amma regionlar üzrə təşkil etmək mümkündür. Biz bəzən Türkiyənin turizm sahəsində gördükləri işlərə həsəd aparırıq. Türklərdə və dünyanın bir çox ölkələrində xidmət sahəsinə xüsusi diqqət ayrılır. Çünki yaxşı xidmət görən turist ölkəyə digər turistlərin gəlməsinə səbəb olacaq. Getdikləri yerlərdə xidmətin yüksək səviyyədə olduğundan bəhs edəcəklər. Bu da əlavə gəlir deməkdir. Otel sahibləri, turizm mərkəzlərinin rəhbəri bu məsələnin üzərində işləsə, çox yaxşı olar. Turistlərə yüksək səviyyədə xidmət göstərməklə, münasib qiymətə məhsulu satmaq lazımdır. Qiymətin bahalığı da turistlərin yenidən ölkəyə gəlməməsinə səbəb ola bilər”.

Sədr müavinin sözlərinəgörə, turistlər ən çox xidmət səviyyəsinin aşağı olmağndan şikayətlənir.
“Azərbaycana gələn turistlər əsasən verdiyi məbləğin əvəzində ona göstərilən xidmətin aşağı səviyyədə olmasından şikayətlənirlər. Yalnız otellər, restoranlar deyil, eyni zamanda taksilərin də turistlərə yüksək qiymətə xidmət göstərməsindən şikayət olunur”.

Xəbər 1930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə


BÜTÜN XƏBƏRLƏR +