Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


27.07.2017  16:19 

“Space”də əlbəyaxa dava - İki xanım işdən qovuldu





A+  A-

Bu gün “Space TV"də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.
XəzərNews.az muavat.com-a istinadən xəbər verir ki, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejissor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağrılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

Məsələ ilə bağlı KİV təmsilçiləri telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıblar. Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə iki həftə bundan əvvəl baş verib. Xəbər aparıcısı ilə rejissorun tez-tez mübahisəsi olub və bu anlaşılmazlıq dava ilə nəticələnib.

Space TV-nin rəsmisi Kamil Şahverdiyev isə "Qafqazinfo"ya açıqlamasında hər iki xanımın işdən çıxarıldığını təsdiqləyib.

Xəbər 1360 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +