Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


25.05.2018  15:21 

“Yol hərəkəti haqqında” qanun DƏYİŞDİRİLİR





A+  A-

“Yol hərəkəti haqqında” qanunda dəyişiklik olunur.
XəzərNews.az bildirir ki, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir.

Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1. Velosipedi və arabanı idarəetmə hüququ-14 yaşdan,

2. Asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-16 yaşdan,

3. “A”, “B”, “C” kateqoriyasına, “B1” və “C1”, altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-18 yaşdan,

4. “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə),

5. “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə),

6. “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə),

7. “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə),

8. “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə). Qanunun 34-cü (sürücülük vəsiqəsi) maddəsində də dəyişiklik edilir.

Məddənin IV hissəsinə edilə əlavəyə əsasən, avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində (Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir) nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:

“B1”- bu qanun 1-ci maddəsinin 25-3-cü bəndində kvadrisikl-yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumliyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir, “C1”-“D” kateqoriyasına və “D1” altkateqoriyasına daxil edilməyən, icazə verilən maksimal kütləsi 3500 kq-dan artıq, lakin 7 500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “D1”- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “C1E”- Qoşqusunun icazə verilən məksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazər verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.

“D1E”- Sərnişin daşınması üçün nəzərdə tutulmayan qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin abtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibinə icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün. Layihəyə əsasən, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi A1, B1, C1, D1, C1E və D1E altkateqoriyasına daxil olan avtomobilləri idarəetmə hüququnu təsdiq edir.

Dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub. Parlament layihəni qəbul edərsə, sənəd 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Xəbər 1581 dəfə oxunub.




26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu


BÜTÜN XƏBƏRLƏR +