“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


03.08.2024  15:39 

İranda nə baş verir?





A+  A-

Həmas lideri İsmayıl Haniyənin Tehranda müammalı öldürülməsindən 4 gün keçir 1979-cu il fevralın 11 -dən mövcud olan İran “molla” rejimi tarixinin ən ağır dövrünü yaşayır.Dövlətin reputasiyası plintus səviyyəsindədir.2020-ci il yanvarın 3-də Qasım Süleymanının ölümüylə başlanan bu proses etnik Türk Məsud Pezeşkianın and içmə mərasimində Həmas lideri Haniyənin ölümü ilə kuliminasiya nöqtəsinə çatıb.

İxtisasca tarixçiyəm və dünya tarixində bir prezidentin inaqurasiya mərasimində belə bir hadisənin olduğunu xatırlamıram.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı bildirib.

Jurnalistin sözlərinə görə, dünyanın 80 ölkəsindən dövlət rəsmilərinin iştirak etdiyi tədbirin gecəsi Həmas lideri Tehranın mərkəzində müammalı şəkildə öldürülüb. Necə öldürülüb, niyə öldürülüb və niyə indi?

Haqlı suallardır düzmü? Siz zamanlanmaya diqqət edin.

Bütün dünya İranın atacağı addımları hesablayır. Artıq bir çox ölkələr Tehrana təyyarə reyslərini təxirə salıb, İran televiziyası müharibə çağırışları edir.Ölkə faktiki olaraq müharibə vəziyyətindədir. Çünki ictimai fikir bu yöndə hazırlanır. Həqiqətən də etiraf edim ki, hazırki prezident Məsud Pezeşkian çətin durumdadır.Heç kim hal-hazırda onun yerində olmaq istəməz. Təbii ki, İranda prezident icraedici funksiyanı yerinə yetirir.

Əsas qərar verən orqan “Vilayəti Fəqihi”-dir. Dini lider, 86 yaşlı etnik türk(bu da maraqlıdır 1979-cu ildən həm dini lider həm də prezident etnik kökənli türkdür) Xamneyi ağa nə qərar verəcəksə Pezeşkian onu icra etmək məcburiyyətində qalacaq.

Bəs, bu qərar nə olacaq?

Qərara keçməzdən öncə bəzi məsələlərə aydınlıq gətirmək istərdim.

Açığı sizə etiraf edim ki, İran əhalisi mövcud reallıqdan narazıdır. Belə ki, əhalinin ötən il böyük şəhərlərdə etiraz aksiyaları keçirməyini və hansı nəticələrə gətirdiyini bilirsiz.

Məhz, yeni seçilən prezidentin islahatçı kimi təqdim olunmağı və mövcud reallığı qısmən dəyişəcəyinə ümid edən sadə vətəndaşlar(ölkə əhalisinin çox hissəsi gəncdir) prezident seçkilərində hazırki prezidentə səs verməyi yazdıqlarımı təsdiqləyir.Sadə insanlar yenilik istəyir.Düşünürəm ki, hazırki prezidentin reputasiyasının təmiz olması, islahatçı olmağı və etnik türk olmağı insanlarda dəyişiliklərə ümid yaratmışdı. Və … düşünün ki, prezidentliyinin ilk günündə faktiki müharibə şəraitində olmağı onu da çətin duruma sürükləyib.

İranın hazırki rejiminə İsrail bilirsiz niyə lazımdır? Yaxın şərqdə güc sahibi olmağına görə.Milyardlarla pulu proksilərinə xərcləyən İran hazirda ağır iqtisadi durumdadır(bura sanksiyaları da əlavə edək)Sadə iranlı yenilik istəyir, yaşayış istəyir, gənclər daha çox azadlıqlar istəyir.İran hansı gününə və kimə arxalanaraq(rusiya və şimali Koreyayamı?) siyasət yeridir.

Rusiya izqoy dövlət rolundadır, bu dövlətin yanında olmaq və ona dəstək olmaq lazımdımı? Sual oluna bilər ki müttəfiqdilər? Cavab: Məcburiyyət, çünki hər ikisi izqoydur.İran dronları Ukraynanın dinc şəhərlərini hədəf alır, insanlar ölür.

İsrailə də İranın hazırki rejimi lazımdır. Bu, həm daxili ictimai fikrə həm də ABŞ-dan daha çox yararlanmaq funksiyasını yerinə yetirir.Bəzən düşmən olmasa belə onu yaratmaq lazımdır.

Nə olacaq? İranla İsrailin quru sərhəddi yoxdur. Yəni-böyük maştablı müharibə olma ehtimalı azdır. Bu məsələ raketlərin atılması(bir neçə saatlıq və ya günlük) və daxili ictimai fikri raharlatmaq rolunda olacaqdır.

Pezeşkian nə yatdı ki nə də yuxu görə.

İrana böyük müharibə heç bir halda uyğun deyil, əks halda bunun İrana və regionumuza hansı faciələrə gətirib çıxaracağı göz önündə!

Pezeşkian bu ağır mərhələdən çixarsa, qərblə danışıqları bərpa edib, sosial-iqtisadı durumu düzəldərsə, eyvallah , nə gözəl

Olmazsa, İranın da özünün də axırı naməlum?!

Xəbər 3792 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +