QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib


07.05.2019  17:05 

““Feyk” sual verirsiz...” - Lavrov





A+  A-

Rusiya Xarici İşlər naziri Segey Lavrov CNN televiziyasının əməkdaşına sərt cavab verib.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb jurnalistin ona Venesuelada baş verənlərlə bağlı ünvanladığı sual olub.

Nazirə “Əgər ABŞ Venesuelaya intervensiya etmək qərarına gələrsə, onun qarşını almaq üçün Rusiyanın əlində hər hansısa imkanlar varmı?” sualını ünvanlayan jurnalist sərt cavab alıb.

S. Lavrov cavabında “Bəziləri sizin şirkəti “feyk nyus” adlandırır, amma indi siz “feyk” (yanlış) sual verirsiniz” – deyib. Bundan əlavə, Lavrov ABŞ prezidenti Donald Trampın çoxsaylı tvitlərində sözügedən telekanalı həqiqətə uyğun olmayan xəbərlər yaymaqda ittiham etdiyini də xatırladıb.

Rusiyalı nazir vurğulayıb ki, Moskva, harada baş verməsindən asılı olmayaraq, beynəlxalq qaydaları pozan hərbi əməliyyatları xoş qarşılamır.

Xəbər 953 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +