“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


06.08.2019  11:34 

ABŞ-la Çin qarşı-qarşıya - Dünya iqtisadiyyatı TƏHLÜKƏDƏ





A+  A-

Həftənin bazar ertəsi dünya maliyyə bazarlarında görünməmiş həyəcan müşahidə olunurdu. ABŞ və Çin arasında ticarət müharibəsinin kəskin fazaya keçməsi bu həyəcanın əsas səbəbi idi.
Belə ki, Çin Xalq Bankının yunanı dollar qarşısında 7 vahiddən aşağı endirməsi nəinki Çin, həmçinin, digər Asiya fond birjalarında düşüşə yol açdı. Bu qorxu sentyabrın 1-dən etibarən ABŞ-ın 300 milyard dəyərində Çin malına tətbiq edəcəyi 10%-lik gömrük rüsumunun daha da artırılması ilə bağlıdır.

XəzərNews.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, buna cavab olaraq Çin hökuməti dövlət şirkətlərindən ABŞ-dan kənd təsərrüfatı məhsulları almağı qadağan edib.

Çin valyutasının 2008-ci il səviyyəsinə qədər ucuzlaşmasına izahı isə Xalq Bankı verib. Çinin rəsmi mövqeyi ABŞ-ın ticarət proteksionizmi ilə məşğul olmasını göstərir.

“Financial Times” qəzetinin Asiya bazarları üzrə eksperti Kristi Tan yuanın zəifləməsini Çinin məqsədyönlü addımı sayır. Onun fikrincə, ucuz valyuta hesabına ucuz başa gələcək məhsullar ABŞ bazarını yerli mallara doldurmaq istəyən Trampın siyasətinin boşa çıxmasına səbəb olacaq.

“ABŞ-ın Çin mallarına qoyduğu rüsumla bağlı rəsmi Pekinin cavab addımları özünü tükədib. Belə ki, ABŞ Çindən elə də çox məhsul idxal etmir. Amma istənilən halda, situasiyanın ktirik həddə çatacağı halda, Çin Xalq Bankının Qərb kapitalının qaçışının və yuanın mövqeyini möhkəmləndirməyə kifayət qədər gücü var”.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı isə ABŞ-Çin arasında gedən ticarət müharibəsinin dünya iqtisadiyyatının artım templərini ləngidəcəyini və valyuta bazarlarında qeyri-müəyyənlik yaradacağını proqnozlaşdırır. Bazar ertəsi günü istər ABŞ, istər Çin fond bazarlarının aşağı düşməsi sonunda dünya zənginlərinin də 100 milyard dollar ziyana düşdüyü açıqlanıb.

Xəbər 1301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +