Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ


06.05.2021  13:37 

Zəfər yolu 3 günə minalardan tam təmizlənəcək - Rəsmi





A+  A-

İndiyədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 10 kilometr uzunluğunda Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq elektrik xətti, Füzuli-Şuşa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib:

“Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Buraya dəmir yolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Ağdam dəmiryolu xətti, Füzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir. O cümlədən, Füzuli-Şuşa avtomobil yolunun təmizlənməsi davam etdirilir. İki-üç gün ərzində “Zəfər yolu” tam təmizlənərək təhvil veriləcək”.

Xəbər 2380 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +