İcra başçısı Prezidentin qadağasını pozdu - FOTOLAR
“Rus Evi“ ilə bağlı daha bir SENSASİON XƏBƏR
Avropadan 441 azərbaycanlı geri qaytarıldı
Qobustanda əməliyyat keçirilib
Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu


21.11.2020  19:35 

“Əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir“ - Şoyqu





A+  A-

"Sizə təşəkkür edirəm ki, bizimlə görüşmək, bir qismi təcili, əksəriyyəti aktual, ümdə olan məsələlərin müzakirə edilməsi üçün vaxt tapmısınız. Zaman dinamik hərəkət edir, sürətlə keçir. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir".
XəzərNews.az-ın xəbərinə görə, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

"Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq", - nazir bildirib.

Xəbər 2565 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  10:06 

Qobustanda əməliyyat keçirilib


BÜTÜN XƏBƏRLƏR +